moda

Dəbi diktə edən ulduzların retro stili – FOTOLAR

Baxış sayı: 1. 427

Müasir dəb gözəldir, retro üslubu isə əbədi klassikadır. O, istənilən yaş qrupuna aid olan qadınların ürəyincədir, çünki burada müasir trendlərlə klassik baza geyimlərinin harmoniyasını asanlıqla tapmaq olar. 

Bu yazıda bütün yeni, gözəl stillərin 30-60-cı illərin unudulmuş köhnə üslublarından qaynaqlandığının şahidi olacaqsınız.

Qreys Kelli

 

Грейс Келли

Füsunkar qadın və istedadlı aktrisa Qreys Kelli Monako knyazı III Rene ilə yanaşı, milyonlarla insanın qəlbini fəth edə bilmişdi. O, nəinki öz xeyirxah əməlləri ilə, həm də zərif və incə üslubu ilə də daim diqqət mərkəzində idi. Qreys Kellinin al-qırmızı obrazı ağappaq dərisini, sarı saçlarını mükəmməl şəkildə vurğulayırdı.

Bu ahəng qarabuğdayıları da eyni dərəcədə parlaq və gözəl göstərəcək. Paltar əvəzinə, dərin  dekolteli qırmızı bodini eyni rəngli midi ətəklə birgə istifadə etmək olar.

Doris Dey

Дорис Дэй

Parlaq Doris Dey yalnız kinoda deyil, musiqi sahəsində də böyük nailiyyətlər əldə etmiş gözəl qadınlardan biri olub. Bu məsələdə ona platin telləri ilə bərabər, gözəl bədən quruluşu da kömək edib. Doris öz obrazlarında klassik elementlərdən daha çox bəhrələnirdi.

Aktrisa aşağıdakı obrazında zolaqlı köynəyi klassik enlibalaq şalvarla ideal uyğunlaşdırıb. Bu obrazı bleyzer və əlavə olaraq, qeyri-adi yaxa sancağıyla bəzəkmək olar. Çanta əvəzinə isə kitab formasında klatç istifadə edin.

Enn-Marqret Olson

Энн-Маргарет

İstedadlı Enn-Marqret həm ifası, həm də əsrarəngiz rəqsi ilə böyük pərəstişkar ordusu toplamışdı. O, bir çox isveçlərə xas olan təbii seksuallığı və cazibədarlığı sayəsində, məşhurluqda hətta Merilin Monronu da keçməyə müvəffəq olmuşdu. Enn-Marqret daim cəlbedici paltarlar geyinir, dəbin ən son trendləri ilə ayaqlaşırdı. Aktrisanın üslubu haqqında cəsarətlə bunu demək olar: “Geyim insanı deyil, insan geyimi gözəlləşdirir”. Bu sadə, ancaq, eyni zamanda, vahid rəng qammasında seçilmiş gözəl obraz həyatdan nə istədiyini bilən özünəəmin xanımlara çox gözəl yaraşacaq. Klassik palto, ətək-karandaş və obraza rəng qatan bəbir naxışlı klatçdan ibarət dəst əyləncə məkanları və ofis üçün ideal seçimdir. Soyuq günlərdə tufliləri çəkmə ilə dəyişmək mümkündür.

Ava Qardner

Ава Гарднер

40-50-ci illər Amerika kinosunun ən parlaq nümayəndələrindən biri olan Ava Qardner gözəl təbəssümü ilə ətrafa işıq saçırdı. Aktrisa günü bu gün də mükəmməl gözəllik nümunəsi sayılır. Avanın qarderobunda daha çox parlaq rənglər üstünlük təşkil edib. O, ən cəldbedici fasonları da məharətlə geyinməyi bacarırdı. Məsələn, onun şəhvət rəngi sayılan qırmızı rəngli kostyumu hələ də yaddaşlardan silinməyib.

Əgər parlaq rənglərdən qorxursunuzsa, qələm ətəklə pencəyi sakit tonlarda seçə bilərsiniz. Lakin qırmızı geyinməkdə israrlısınızsa, onu heç bir halda ofisə geyinməyin. Bu cür dəst romantik görüşlər üçün daha çox uyğundur. Dəstə qəşəng bluz əlavə etməyi unutmayın.

Vivyen Li

Вивьен Ли

Məgər XX əsrin ən romantik filmlərindən biri olan “Küləklə sovrulanlar”ı unutmaq olar? Heç vaxt! Ələlxüsus, filmin əsas qəhrəmanı olan gözəl Vivyen Lini unutmaq çətindir. Vivyen yaddaqalan obrazı ilə yanaşı, gözəl geyim tərzi ilə bütün qadınların qəlbini fəth etmişdi. İnanılmaz xarizmaya sahib britaniyalı aktrisa həyatda da ən az filmdəki obrazı qədər zövqlə geyinirdi. Onun hər obrazı diqqətəlayiqdir, amma biz bu yazıda əbədi klassika sayılan ağla qaranın vəhdətini nəzərinizə çatdırmışıq.

Belə dəst yaratmaq üçün təmtəraqlı midi ətəyi, ağ kofta və yastıdaban üstü açıq ayaqqabı ilə birləşdirin. Bu obraz zərif, eyni zamanda, çox rahatdır. Bütün gün hərəkətdə olan işgüzar qızlar belə obrazı yüksək qiymətləndirəcək.

Bəs bu dəb ilahələrindən hansının obrazı sizə daha yaxındır? Siyahıdakı hansı retro-ikonanın üslubunu bəyənirsiniz? İstənilən halda, bu siyahıda adı çəkilən hər bir aktrisanın obrazı sizi cəlbedici göstərməyə qadirdir!

Publika.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir