dekabr

Dekabrda xoşbəxt olmağın 10 yolu

Baxış sayı: 996

Dekabr dünyanın böyük bir hissəsində Milad bayramının və yeni ilə hazırlıqların qeyd edildiyi bir aydır və əksəriyyətimiz bu ayda möcüzələr gözləyirik. Amma fərqində deyilik ki, ən böyük möcüzələrin yaradıcısı da bizlərik. Ən böyük hədiyyə sevgidir və insanlara sevgi, diqqət, qayğı bəxş etmək lazımdır. Sevinc paylaşdıqca artan bir hissdir, bunu unutmayaq və daha fərqli bir dekabr yaşamağa hazır olaq.

 

1. NƏNƏ-BABALARI, ÇOX İSTƏDİYİMİZ UZAQ QOHUMLARI ZİYARƏT ETMƏK

Man Using Laptop

Sizə zəng edib desələr ki, (Allah eləməsin!) bəs ən sevdiyiniz bir kəs rəhmətə gedib, üzülüb-ağlayacaq, sonra da işdən-evdən icazə alıb, onun yasına və ya qəbrinin ziyarətinə gedəcəksiniz. Bəs, doğrudanmı sizin onu ziyarət etməyiniz üçün o ölməlidir?

Dekabrda xoşbəxt olmaq üçün sevdiklərinizi ziyarət edin.

 

2. UŞAQLARI – KÖRPƏLƏRİ SEVİNDİRİN

Man in Red Santa Claus Costume Standing Beside Toddler

Bu dekabrda təkcə öz uşaqlarınızı deyil, fərqli körpələri də sevindirə bilərsiniz. Hətta əməkhaqqınızın bir hissəsinə oyuncaq, şirniyyat, kitab və ya geyim dəstləri alın, sonra hansısa metronun girişində Şaxta Baba geyimində onları balacalara paylayın. Çox pozitiv bir enerji alacaqsınız.

Bunu fiziki şəkildə etməyə cəsarət etmirsinizsə, onda layihələrə qoşulun və ən azı bir uşağı da siz sevindirin.

ŞAXTA BABA UCQAR KƏNDLƏRDƏ | SANTA CLAUS İN REMOTE VİLLAGES

4 ildir uğurla həyata keçirilən “Şaxta Baba Ucqar Kəndlərdə” layihəsini bu il də  Dekabrıb 10-dan start götürür. Hədəf hər dəfə daha peşəkar, daha böyük marşrutla hərəkət edərək, daha çox uşağa hədiyyə çatdırmaqdır. Hər il olduğu kimi hazırlıq müddətində yeni hədiyyə və oyuncaqlar, pul ianələri qəbul olunacaq. Məqsəd kənd uşaqlarının nağıl dünyalarına rəng qatmaq, onları Şaxta Baba ilə görüşdürməkdir.

 

3. ŞƏKİYƏ PİTİ YEMƏYƏ GEDİN

Soyuq havanın yeməyi pitidir və pitinin vətəni isə Şəkidir. Şəkini gəzin, Xan sarayını ziyarət edin, Kiş məbədinə qalxın, yanındakı balaca kafedə qızılgül mürəbbəsi ilə çay için. Sonra Karvansaranı ziyarət edin. Bir az dağlara çıxın, təmiz hava alın və nəhayət çox acandan sonra bir ailəyə qonaq olun və piti yeyin.

KİŞ MƏBƏDİNİ ZİYARƏT EDİN

Mən Kiş Alban məbədini qış istisna olmaqla, ilin digər fəsillərində görmüşəm, hər dəfə də biri-birindən gözəl mənzərə açılır məbədin həyətində, qarlı günlərdə isə məbədin bir başqa gözəlliyə qərq olduğunu duymuşam. Şəkiyə yolunuz düşsə, mültəq Kişə gedin.

5. NİKBİN RUHLU, DUYĞUSAL, GÜLMƏLİ VİDEO-ÇARXLAR

Dekabrda neqativdən uzaq olan, insani hislər aşılayan, xeyirxah əməllərə səsləyən çoxlu sayda reklam-çarxlar çıxır qarşımıza, hər biri də əslində bizə bir insanlıq nümunəsidir, necə daha yaxşı bir insan ola biləcəyimizi göstərir.

 

5. İKİ NƏFƏRLİK MİLAD (ÖTƏN MİLAD)

Əjdahalar anasının iştirakı ilə romantik-komediya Dekabrın 5-dən etibarən yayımlanacaq və Cinema- Plusda izləyə bilərsiniz.  Rollarda: Emiliya Klark, Emma Tompson, Qenri Qoldinq

Milad bayramı ilə bağlı fəaliyyət göstərən mağazanın işçisi Keyt alkoqol aludəçisidir və uzun müddətdir ki, gələcək həyatını fikirləşmir. Ancaq şirin və valehedici Tomla qarşılaşandan sonra hər şey dəyişir…

 

YENİ İL ƏHVAL RUHİYYƏLİ ROMANTİK KOMEDİYALAR

Çox böyük çətinlik çəkmədən yeni illə bağlı klassika adını qazanmış romantik komediyaları, adi komediyaları izləyə, həmçinin dostlar ilə kino gecəsi təşkil edə bilərsiniz.

Yeni illə bağlı klassik filmlər: Home Alone (Evdə Tək), The Family Man (Ailə adamı), The Polar Express (Qütb Ekspressi), The Holiday (Tətil), Grinch (Qrinç), Love Actually (Həqiqi sevmək), Surviving Christmas (Miladda sağ qalmaq) və daha çox film tapmaq mümkündür.

Bonus olaraq, bu filmi də tövsiyə edə bilərəm, Hallmark hər il Yeni il ərəfəsində maraqlı və pozitiv qısa filmlər istehsal edir. Bu filmlər ingilis dilini təkmilləşdirmək üçün də yaxşı vasitədir.

 

6. GƏZƏYƏNLƏRİN QIŞ TURLARINA QATILIN

Növbəti həftəsonu  Gəzəyənlər Qubaya, Girdah şəlaləsi, Xanəgah istiqamətində hikinq turuna gedir.

Siz də təmiz hava ilə ciyərlərinizi doldurmaq, isti samovar çayı içmək, ekstrim yaşamaq, yeni tanışlıqlar əldə etmək və maraqlı oyunlarla tanış olmaq üçün bu tura qoşula bilərsiniz. Gəzəyənlərin Xanəgah, Girdah şəlaləsi yürüşü

 7. ŞELKUNCHİK (BALET) İZLƏMƏ ZAMANI

Tarix: 22.12.2019, Saat: 12:00, Məkan: Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı, Qiymət: 8 -15 AZN

Bəs siz balaca ikən balet izləməyə getmisiniz? Heç zaman gec deyil, xüsusən də əgər söhbət Yeni il ərəfəsində dahi Çaykovskiyin “Şelkunçik” baletindən gedirsə.

Xatırladaq ki, bu səhnələşdirmə orijinal baletə deyil, “Şelkunçik” multiplikasiya filminin süjetinə əsaslanıb və daha çox uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulub.

Eyni əsəri teatrallaşdırılmış formada da izləmək mümkündür.

Tarix: 25.12.2019 – 29.12.2019 , Saat: 19:00, Məkan: Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Qiymət: 5 – 16 AZN

Yeni il ərəfəsində balaca körpələriniz ilə birlikdə izləyə biləcəyiniz digər tədbirlər ilə iticket.az saytında tanış ola bilərsiniz.

8. İŞDƏ VƏ YA EVDƏ YENİ İL ƏHVAL-RUHİYYƏSİ

Mənim hər zaman Santa-Claus papağı taxmaqdan xoşum gəlib, amma bunu edərkən insanların sənə gülməyəcəyi yeganə ay dekabrdır. Müxtəlif – yolkalı, şaxta babalı, qar adamlı köynəklər, şərflər taxmaq olar, hətta ən ciddi iş geyiminə belə rəngli bir qalstukla gedib, özünüzə əhval-ruhiyyə yarada bilərsiniz.

9. DAĞLARDA QAR GÖZƏLDİR

Əgər Bakıda qar yoxdursa, özünüzü əsl qışda hiss edə bilmirsinizsə, bolluca qar yağan dağ kəndlərimizdən birinə gedin. Bunu hətta bir-iki günlüyə, həftəsonuna sala bilərsiniz, doyunca qartopu oynayın. Kameranı da unutmayın ki, bu dəfə bəyaz qar fonunda fərqli şəkilləriniz olsun.

 

10. YENİ İLİ GƏZƏYƏNLƏR İLƏ BİRLİKDƏ QARŞILAYIN

Qarlı-boranlı çılğın bir Yeni İl turu üçün bir az daha uzağa – Avropaya yola düşməyə hazırsınızmı?

SOYUQ ƏLLƏR, İSTİ YEMƏKLƏR – MƏRKƏZİ AVROPA YENİ İL TURU

Image may contain: text and outdoor

Bu il gəzəyənlər Yeni il üçün iki tur təşkil edir. Çox uzağa getmək istəməyənlər üçün daha bir fürsət.

Image may contain: text

Bu dəfə “Gəzəyənlər” Mtsxetanın qədim yerlərini gəzib, yeni ili qarşılamaq üçün başı qarlı dağlarla əhatələnmiş Borjomi şəhərinə yollanacaq. Planda oynaya-oynaya, deyib gülə-gülə, 2019-la vidalaşmaq var, hər dəfə olduğu kimi yenə də maraqlı olmağı vəd edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir