TOY

“Demə, Cavanşir gəlin imiş…” – MƏŞHURLARIN TOY MACƏRALARI

Baxış sayı: 399

Məşhurlardan bəziləri toylarda başlarına gələn maraqlı hadisələri danışıblar.

“Gencaile.az” “Ailem.az”-a istinadən xəbər verir ki, ARB Ulduz-un “Virtual həyat” proqramında yaşam tərzlərini toylara həsr edən məşhurlar qatıldıqları məclislərdə ara-sıra qəribə və maraqlı hadisələrlə rastlaşdıqlarını bildiriblər.

Image result for Rahidə Baxışova

Rahidə Baxışova: “Deməli, bir dəfə məni toya çağırıblar. Dedilər kişi məclisidir. Getdim. Böyük bir zal idi. Bəylə gəlini də görmək mümkün deyildi. Deyirəm ki, mən bəylə gəlini ürəkdən təbrik edirəm, xoşbəxt olasız, oğullu-qızlı olasız. Gəlib mənə deyirlər ki, böyük toy deyil ey, kiçik toydur. Dedim vay, biabır oldum”.
Müğənnilərin bir qismi isə qatıldıqları məclisdə onları təqdim edən zaman yaşanan yanlış anlamanı və düşdükləri gülməli durumu dilə gətiriblər:

Image result for Niyam Salami

Niyam Salami: “Masabəyi səhv salıb. Onun qulağına deyiblər ki, Niyaməddin müəllim gəlib. Bir də gördüm ki, məni şadlıq sarayında elə tərifləyir ki. Təqdimatdan bildim ki, mən deyiləm. Məni Niyaməddin Musayev zənn etdilər, əl çaldılar. Çıxdım səhnəyə, gördüm ki, camaat gülür”.

Image result for Emil Bədəlov

Emil Bədəlov: “Toya yarım saatlıq dəvət olunduğum zaman qulağıma deyiblər ki, Cavanşiri təbrik et. Mən də elə bildim ki, Cavanşir bəydir. Cavanşir bəy, Cavanşir bəy, deyə tez-tez adını çəkirəm. Gördüm ki, məclisdəkilərin mənə qarşı reaksiyası pisdir. Sən demə, Cavanşir gəlin imiş”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir