heyvan

Demokratiyada insanlara örnək olan heyvanlar – FOTOLAR

Baxış sayı: 183

Zaman-zaman dünyanın ən ağıllı heyvanları haqqında hansısa müzakirələrin, məlumatların şahidi oluruq. Bəs həqiqətdə vəziyyət necədir? Dünyanın ən ağıllı heyvanları hansılardır.

“Gencaile.az” Publika.az-a istinadən dünyanın ən ağıllı heyvanları haqqında sıralamanı təqdim edir.

Delfinlər

Delfinlərin ağıllı olduğu uzun müddətdir ki, məlum olan bir bilgidir. “Discovery News”a görə delfinlərin böyük beyinləri var. Bu beyində planlanmış və çox oyaq bir qərar mexanizmi ilə çalışan sistemləri var. Definlərin beyninin insan beynindən daha kompleks bir quruluşda olduğu bildirilir.

Siçanlar

Alimlər, xəstəliklərlə dolu və çox insanın iyrəndiyi heyvan olaraq bilinən siçanların inanılmaz ağıllı varlıqlar olduqlarını sübut ediblər. Guelf Universitetinin apardığı araşdırma nəticəsində siçanların insanlar kimi hər hansı bir mövzu ətrafında düşünüb, dərk etdiyi ortaya çıxıb. Onların düşüncə strategiyaları meydana gətirərək hədəfə doğru getdikləri deyilir.

Donuzlar

“New York Times”ın xəbərinə görə, donuzlar yeməklərini tapmaq üçün güzgüdən istifadə edirlər. Habelə onlar güzgüdən istifadə edərək digər donuzları aldadırlar və daha çox yemək üçün fərqli yerlərdə gizlənə bilirlər. Eyni zamanda çox sürətli öyrənib, tərtibli bir şəkildə öyrəndiklərini tətbiq edirlər.

Quzğunlar

Ədəbiyyat və kinolardada tez-tez rast gəldiyimiz bu quş növünün zəkasının çox yüksək olduğu söylənilir. Araşdırmaçılar quzğunun məntiq çərçivəsində düşündüklərini təsbit edib.

Bonoboslar (meymun)

Bu meymun növləri bilinən ən ağıllı heyvanlardan biridir. Digər meymunlar kimi bonobosların özlərinə aid dilləri var.

Ördəklər

Ana ördək balalarını üzərlərindəki naxışlardan ayırd edir. Bu da ördəklərin obyektlər arasındakı fərqləri anladıqları mənasını verir. Alimlər təcrübə apararaq bir neçə fərqli obyekt ilə bir ördəyi eyni otağa qoyduqları zaman bu dilsiz canlının obyektlərin arasındakı fərqi ayırd etdiyi və buna görə davrandığı aydın olub. Həmin otaqdan çıxarılan ördəyin daha sonra eyni obyektləri tanıdığı müşahidə edilib.

İnəklər

İnəklər kənardan sadə canlılar olaraq görünsə də, daxilən çox romantik heyvanlardır. “The Times”ın xəbərinə görə, alimlər inəklərin dostları və düşmənləri olduğu nəticəsinə gəliblər. Həmçinin inəklərin güclü duyğularından romantik mənada acı çəkdikləri, qorxduqları və hətta narahatlıq keçirdikləri təsbit edilib. Onların gələcək qayğısı çəkdikləri ən maraqlı məlumat hesab olunur.

Arılar

Araşdırmalara görə, arılar bir istiqamətə doğru getmək istəyəndə buna demokratik şəkildə qərar verirlər. Bu qərardan sonra onlar gedəcəkləri istiqaməti müəyyənləşdirib hərəkətə başlayırlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir