payiz

Depressiya gətirir, xroniki xəstəliklər üzə çıxır – payızda nələrə diqqət etməli?

Baxış sayı: 483

Sentyabrın 22-dən payız fəsli rəsmən öz görəvinə başlayıb. İsti yaydan soyuq qışa keçid fəsli sayılan payızda günəşli günlərin sürətlə azalması ilə qanda melotonin (xoşbəxtlik) hormonunun da azalması baş verir ki, bu da həssas insanlarda depressiv ovqatı gücləndirir. Həmçinin bir sıra xroniki xəstəliklər (mədə-bağırsaq, ürək-damar, artritlər və s.) özünü göstərir, residiv verir.

Həkimlər qeyd edir ki, havaların kəskin soyuması yuxarı tənəffüs yolları xəstəliklərinin qalxması, qrip və müxtəlif xəstəliklərin stimulyasiya edib artmasına kömək edir. Bundan əlavə, payız fəsli gələndə insan orqanizmində müəyyən mineralların və vitaminlərin tələbatına ehtiyac olur. Xroniki xəstəliyi olan xəstələr həmin orqana lazım olan maddələri daxil etmədikdə xəstəliklərin kəskinləşməsi baş verir. Yəni istənilən xroniki xəstəliklər aktivləşməyə başlayır. Mütəxəssislər qeyd edirlər ki, elə bu səbəbdən xroniki xəstəliyi olanlar xəstəliyə uyğun dərmanları və yaxud mineralları qəbul eləməlidirlər ki, xəstəlik kəskinləşərək xəstələrdə problem yaratmasın.

Keçid fəslində daha çox hansı qrup insanlar diqqətli olmalıdır? Qidalanmada nələrə fikir verilməlidir?

Uzman dietoloq İlqar Şamilov: "Hər pasientə öz doğmam kimi baxıram: » www.STIMULXEBER.az

Həkim-dietoloq: “Edəcəyimiz ən önəmli məsələ immun sistemini daim möhkəm saxlamaqdır”

Həkim-dietoloq İlqar Şamilov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Fəsil dəyişikliyi zamanı qanda melotonin hormonu azala bilər. İlk olaraq melotonin hormonunun nə olduğunu izah edək. Melotonin hormonu xoşbəxtlik hormonunun xam maddəsi sayılır. Yəni xoşbəxtlik hormonu bizdə serotonin hormonudur ki, selotonin melotonin hormonunun böyük bir dəstəkçisidir. Belə ki, günün qaranlıq saatlarında melotonin ifrazı başlayır və səhərin işıqlı saatlarında melotonin serotoninə çevrilir. Alimlər araşdırıb ki, xoşbəxtlik hormonunu çoxaldan serotonin ifrazını artırmaq üçün nəinki günəş şüaları, eyni zamanda qidalanmamızda  Triptofan amin turşusu ilə zəngin olan qidalar əlavə edərsək, bu da qanda xoşbəxtlik hormonunun atmasına səbəb olar. Bu qidalar isə süd və süd məhsulları, kakao, şokaladdır ki, bunları qəbul edən zaman qanda xoşbəxtlik hormonunun miqdarı arta bilir”.

Həkim-dietoloq qeyd edir ki, mövsüm dəyişikliyi zamanı bır sıra yanaşı xəstəliklər də ola bilər: “Bunun üçün bizim edəcəyimiz önəmli məsələ immun sistemini daim möhkəm saxlamaqdır. Bunun üçün də tibbdə qızıl qaydalara əməl etmək vacibdir. Bu, fiziki aktivliyi artırmaq, sağlam və balanslaşdırılmış qidalanma və keyfiyyətli yuxudur. Keyfiyyətli yuxu, axşam saat 22:00-23:00-dan yuxuya getmək və erkən saatlarda oyanmaqdır. Havalar soyuyan zaman çox da su istifadə etmirik. Unutmayın ki, bədəndən toksinlər su vasitəsilə atılır. Biz nə qədər az su istifadə edərsək, bədən toksini xaric etmədiyi üçün bu proses çətinləşir. Su istifadəsi gün ərzində çəkimizin  faizinə qədər olmalıdır. Balanslaşdırılmış qidalanma dedikdə isə həm meyvə-tərəvəzlər, ət və ət məhsulları uyğun saatlarda, uyğun miqdarda istifadə olunmalıdır. Əgər immun sistemi zəifdirsə, tez-tez xəstələnirsinizsə, mütəxəssisə müraciət edin, uyğun qan analizləri verəndən sonra uyğun müalicə almaq lazımdır. Günəş işığına təkrar qayıtsaq, burada iş əsas D vitamininin üzərinə düşür. D vitaminini qidalarla ala bilirik. Qidalarla aldığımız deaktiv formada D vitaminidir. Bunu aktiv hala gətirmək üçün bizim günəş şüalarına ehtiyacımız var. Soyuq aylarda günəş şüası olmadığı üçün qanda D vitamini səviyyəsi aşağı düşə bilər. Bunun üçün də yaxşı olar ki, profilaktik dozada həkim tövsiyəsi ilə D vitamini də istifadə edilə”.

Qarabağ Azərbaycandır!” ideoloji mübarizəsi davam edir – Rövşən Nəcəfov | Yeni Gündəm

Psixoloq Rövşən Nəcəfov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “Fəsil dəyişikliyi zamanı insan psixikası bəzən daha depressiv olur. Çünki istər-istəməz orqanizmdə hərarətin dəyişməsi, ətraf mühitdə fərqliliklərin  yaranması həmin insanın şüurunda da fərqlilikləri yaradır. Demək istədiyim odur ki, bəzən insanlar daha depressiv olurlar, buna səbəb yay aylarında insan orqanizmi bioloji olaraq aktiv olduğu üçün payız və qış aylarında isə insan orqanizmi artıq passivləşməyə başlayır. İnsan psixologiyası da belədir, yayda biz daha sürətli düşünürük və problemlərə daha çox adekvat yanaşa bilirik. Amma payız və qış aylarında artıq bizim şüurumuz da problemlərə daha sakit baxmağa başlayır. Bu da insanda melanxoliya yaradır. Hansı ki, insan öz dünyasında daha dərin düşünməyə  başlayır. İnsan öz psixikasını qidalandırmalıdır. Bunun da əsas yolu iş və fəaliyyətdir. Sosial statusundan asılı olmayaraq öz fəaliyyətimizlə məşğul olmalıyıq. Həmçinin payız kitablar və filmlər fəslidir. Bu fəsildə insanlar daha yaradıcı olurlar. Hesab edirəm ki, yaradıcılıq bəzən daha sakit düşünməyin nəticəsidir. Buna həm mənfi, həm də müsbət tərəfdən baxmalıyıq. Mənfi tərəf odur ki, insan problemlərə adekvat cavab verə bilmir, müsbət isə daha praqmatik düşünür. Bütün hallarda insan öz psixikasını sağlamlaşdırmaq üçün ətrafını sağlam şəkildə formalaşdırmalıdır. Bunlar hamısı bir-biri ilə əlaqədardır. İstər daxili, istər xarici motivasiyamızda özümüzlə dialoq qurmalıyıq. Öz suallarımıza da özümüz cavab verməliyik. Əgər suallara cavab tapa bilmiriksə, mütləq psixoloqa müraciət etmək lazımdır. Bəzən insan fikirlərində olan dərinliklərdən çıxa bilmir. Bilmədiyi halda depressiya, daha sonra şiddətli depressiya, bundan sonra patoloji hala keçir. Biz öz ruhumuzu sağaltmaq üçün ruhumuzu qidalandırmalıyıq. Bunun da ən rahat yolu kitablardır və bizə müsbət enerji verəcək hadisələrdir”.

 

Afaq MİRAYİQ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir