depressiya

Depressiyadan çıxmağın ƏN QISA YOLLARI

Baxış sayı: 280

Gündəlik həyatda mütəmadi olaraq yaşadığımız hisslərdən biri də əsəb və stressdir. Davamlı stress depressiyaya gətirib çıxarır. Biz sizə depressiya haqqında məlumat verməyəcəyik, yaşamısınızsa və ya indi depressiyadasınızsa əlamətlərini bilirsiniz. Bu dəfə sizə depressiyaya düşməməyiniz üçün və ya depressiyadan çıxa bilməniz üçün yollar deyirik.

Şokolad yeyin. Şokoladın tərkibi insan orqanizmində serotonin maddəsini artırır, bu maddə xoşbəxtlik hormonlarından biridir.

f6198a4befe1fdd178b2ee9cdcf223bb

Açıq havada gəzin. Havanın insan beyninə olan təsiri də insanı depressiyadan çıxara bilir. Beyinə oksigen çox getdikdə insanın stressi azalır.

7e6ae0c3f5a164bdac4a5c2532f38f43

Dostlarınızla görüşün. Bu bəndin altından xətt çəkin. Depressiyada olan insan üçün ən əhəmiyyətli şey yeni ətraf mühit və ya hər zamankı dostlarıdır. Evdə tək qalmaq ancaq depressiyanı artıra bilər. Depressiyada olanda tək qalmayın.

199b88687447a7380dcd0dc30fde8bb0

Hobbinizi ön plana çəkin. İnsan çox zaman beyni bir şeylə məşğul olduğu zaman başqa şeylər haqqında düşünmür. Sözün əsl mənasında, başınızı qatın. Hobbiniz nədirsə ona daha çox vaxt ayırın, sizi sevindirən işlərlə məşğul olun. Neqativ fikirləri düşünməyə zamanınız olmasın.

6b7d82eeb0f02c3669d33f10333badd9

Probleminizi bölüşün. Sevinc paylaşılanda artır, kədər isə azalır. Çox doğru deyimdir, problemlərinizi sizə ən yaxın insanla bölüşün. Əgər elə bir insan yoxdursa, psixoloqa da müraciət edə bilərsiniz.

e9c03d9cfc689720a37c485119a548e0

Musiqi dinləyin. Musiqi insanda xoşbəxtlik hormonunu artırır. Təbii ki, mən sizə Cem Adrian və onun mahnıları kimi qəmgin ifaları nəzərdə tutmuram. Ancaq pozitiv, şən musiqiləri dinləyin. Hansı ki, sizi problemlərdən uzaqlaşdıracaq və üzünüzdə xoş təbəssüm yaradacaq.

307872e5b50ace07ce5b084fa42f4819

Səyahət edin. Əgər büdcəniz buna imkan verirsə, səyahət edin. Yeni yerlər, yeni ətraf-mühit və tanışlar da sizə depressiyadan çıxmanıza yardım edəcək.

535e184314e4d44b412e150f151ad3de

Psixoloqa müraciət edin. Yuxarıda qeyd edilənlərə əməl etdikdən sonra hələ də depressiyada qalmış olsanız psixoloqa müraciət edin.

consultation-with-psychologist

Bunlarla yanaşı unutmayın ki, sizin depressiyadan çıxmanıza ən güclü təsir edən öz düşüncənizdir. Daim pozitiv düşünün. Unutmayın ki, dünyada problem yaşayan tək insan siz deyilsiniz, bütün problemlər sizdən öncə də başqaları tərəfindən yaşanıldı, indi də yaşanır və gələcəkdə də yaşanacaq. Həyatınız dəyərlidir, onu depressiyaya həsr etməyin…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir