pisik

Depressiyadan xilas yolu: pişik terapiyası

Baxış sayı: 1. 416

ABŞ-ın Los-Anceles şəhərində depressiyadan xilas olmaq istəyənlər üçün xüsusi köşklər quraşdırılıb. Bu köşk mənəvi problemlərdən xilas olmaq üçün şəhər sakinlərinə kömək olur. İş prinsipi isə çox sadədir. İçəri daxil olursan və pişik balaları ilə oynayırsan.

“Gencaile.az”-ın Rusiya mətbuatına istinadən məlumatına görə, bu şüşə kubdakı pişiklər insanı pozitiv əhvala yoluxdurur. Layihənin müəllifləri insanları gündəlik stresslərdən xilas etmək istəyirlər. Pişiklərə qayğı göstərmək üçün isə ayrıca işçi var.

Köşkün döşəməsi yaşıl otla örtülüb. Burada yaşıl rəngdə yasdıq da var. İçəri daxil olan adam yasdığa söykənərək yaşıl rəngli qulaqcıqları taxır, sakitləşdirici mahnılar dinləyir. Şəhərin bütün səs-küyündən xilas olur. Pişiklər isə onun əhvalını qaldırır.

Bu cür metodika artıq uzun illərdir ki, alimlərin araşdırma mövzusudur. Bəzi mütəxəssislər qeyd edirlər ki, əgər insan gün ərzində cəmi 30 dəqiqə pişiklə vaxt keçirərsə, əhvalı tamamilə dəyişir.

İşin fizioloji tərəfi də kifayət qədər sadədir. Heyvanla təmas zamanı insan orqanizmində stress hormonu olan kortizolun miqdarı azalır. Bunun əvəzində qana xoşbəxtlik hormonları daxil olur.

Bu prinsip əsasında dünyada pişik kafeləri də açmaq istəyənlər var.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir