Dəri problemlərindən azad olmaq üçün ucuz və təsirli vasitə

Baxış sayı: 1. 552

Müasir dünya farmasevtik sənayesi hər il yeni-yeni dərman preparatları istehsal edir.

Lakin bəzi köhnə və ucuz vasitələr var ki, bu vasitələr çox yaxşı müalicəvi effekt verir və hətta bahalı müasir prepartalarından da effektlidir.

Bu vasitələrdən biri kükürd məlhəmidir. Kükürd məlhəmi köhnə və sınanmış müalicəvi vasitədir. Bu məlhəmin tərkibi çox sadədir – vazelin, su və kükürd. Kükürd insan toxumalarına daxil olan makroelementdir. Beləliklə, bu maddə insan orqanizmi üçün yad deyil və bu səbəbdən kükürd məlhəminin istifadəsi zamanı allergik reaksiyaların inkişafının riski daha azdır.

Kükürd məlhəmi ifadə olunmuş antiseptik və iltihabəleyhinə təsirinə malikdir. Bu məlhəm psoriaz, qotur, dermatit, civzələr, irinli səpgilər kimi dəri problerini həll etməyə kömək edir. Bundan əlavə kiçik yaralar, sıyrıntılar və s. kimi dəri zədələnmələri kükürd məlhəmin köməyi ilə daha tez sağalır.

İrinli səpgilər zamanı kükürd çox yaxşı müalicəvi təsir edir – səpgiləri qurudur, iltihabı aradan qaldırır.

Məlhəmi yalnız səpgilərin üzərinə çəkmək lazımdır – bütün üz dərisinə yox.

Nadir hallarda olsa da kükürd məlhəmi allergik rezksiyalara səbəb olur (daha doğrusu bu məlhəmə qarşı fərdi dözümsüzlükdür). Bu zaman məlhəm çəkilmiş yerdə yandırma hissi, qaşınma, qızarma mümkündür. Bu səbəbdən məlhəmi istifadə etdikdən əvvəl test edin – məlhəmi qulağın arxasına çəkin. Əgər 2 saatdan sonra dəridə qızarma, qaşınma və s. yoxdursa, məlhəmi istifadə edə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir