nke

Deyilişi çətin olan 15 xarici marka

Baxış sayı: 2. 014

Brendlər, gündəlik həyatımızın bir hissəsidir. Davamlı olaraq nələrisə almasaq belə yolda gedərkən loqolarını gördüyümüz bir çox brend var. Bəzilərinin oxunuşunu bilirik, bəzilərini isə öz bildiyimiz tərzdə oxuyuruq. Düzgün söyləməsək də həyatımızda heç bir şey dəyişmir, ancaq hər şeyin düzgün formasını bilməkdə fayda var.

Ən çox tələffüzü düzgün deyilməyən marka oxunuşları isə belədir:

1. İV Roşe
Yves Rocher markasının düzgün oxunuşu belədir. Markanın təsiscisi kimyagər Yves Rochernin adıdır.

2. Vaysroy

Viceroy markalı siqaretin oxunuşu, sadəcə ölkəmizdə deyil dünyada çox müxtəlif tərzdədir. Ancaq düzgün Vaysroy şəklindədir. “Kralın köməkçisi” və ya “köhnə dövlət adamı” mənasındadır.

3. Löksitan

Təbii qulluq məhsulları satan marka olan L’Occitane-ın düzgün oxunuşu belədir. Fransanın “Occitane bölgəsində yaşayan qadın” mənasında olduğu söylənilir.

4. Şirokko

Scirocco olaraq yazılan Volkswagenin maşın markasıdır. Afrikada reallaşan “Külək turu” mənasındadır.

5. Lui Viton

Louis Vuitton, Fransız moda evinin və bu markaya adını verən dizaynerin adıdır.

6. Moskino

Moschino, Franco Moschino tərəfindən yaradılan İtalyan moda markasıdır.

7. Deyihu

Köhnə Cənubi Koreya markası olan Daewoo, daha çox Dayvu olaraq oxunur amma düzgün forması Deyihudur.

8. Dayhman

Deichmann, Alman ayaqqabısı firmasıdır.

9. Lot Poti Marseyye

Le Petit Marseillais “Kiçik Marsilyalı” mənasına gələn şəxsi Fransız qulluq markasıdır.

10. Çibo

Tchibo, Almaniyada qəhvə satışı ilə yaranan markadır.

11. Pul en beer

Pull and Bear, İspan geyim markasıdır.

12. Tami Hilfigır

Tommy Hilfiger, öz adını markasına verən amerikalı dizaynerdir.

13. Leystır / Leysta

Leicester, İngiltərədə şəhərdir. Daha çox Leicester Siti futbol klubu ilə adını eşitmişik.

14. Jivanşi

Hubert de Givenchy tərəfindən yaradılan Fransız lüks geyim və kosmetika markasıdır.

15. Nayki

Bəli, ən çox mübahisəli olan markalardan biri də Nikedir. Şərhlərə görə sonda olan “E” hərfi, Yunan dilində olan “Eta” olaraq xatırlanan uzun E olduğundan bu şəkildə tələffüz edilir. Amma təbii ki, bu bizim hələ də NAYK deyə oxumağımıza mane deyil.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir