ruhiyye rustemova

Deyirlər ki, intihar dəbə “düşüb” – “QƏBUL OTAĞI”

Baxış sayı: 538

Son günlər hər kəsə məlumdur ki, pandemiya dövrü, izolyasiya aqressiyası cəmiyyətin bütün üzvlərinə mənfi təsir göstərir. O cümlədən həyata yeni addım atan, yeni adaptasiya dövrü yaşayan eyni zamanda gənclik dövrünü sosial izolyasiyada keçirən gənclər arasında intihar halları artıb. İntihar soyuq ağlın qəbul edə bilməyəcəyi bir haldır. Çox heyif ki, intihar amansız reallıqdır. İntiharların səbəbi araşdırıldıqda böyük əksəriyyətinin ailədə şiddətlə, yeniyetmə və gənclərə və ya ailə üzvlərininin təzyiqi nəticəsində baş verməsi aydın olur.

Eyni qandan, eyni candan olan insanlar nə üçün biri-birlərini anlaya bilmirlər? Övladını sevən valideynlər, valideyni anlaya bilməyən uşaqlar və ya valideynə yox deyə bilməyən övladlar nəticədə anlaşmazlıqdan, sevgisizlikdən intihar edə bilirlər. Əlbəttə ki, zəif insan psixologiyası bəzən çıxış yolunu mübarizə aparmaqda deyil, ölməkdə görür. Son zamanlar ardıcıl baş verən intihar hadisələrindən sonra cəmiyyətin digər üzvləri arasında ailə üzvlərinə “mən də intihar edəcəm” təhdidi artıb. Bu təhdidlər bəzən yanlış istəklərini həyata keçirmək üçün yeniyetmə və gənclərin istifadə edə biləcəkləri təhdid növüdür, harada ki valideynlər nəticənin nə olacağından qorxaraq uşağın istəklərini həyata keçirməyə başlayırlar. Digər halda həqiqətən də həyatı monoton görən, şiddətə məruz qalan yeniyetmə və gənclərin intihara yönəlmələrinə təkan verir. İntiharların əsas səbəbləri bunlar ola bilər: ailə münasibətlərində uşaqlar valideynlərinə kifayət qədər etibar etmirlər, onlara öz yanlışları və xətalarını söyləməkdən çəkinirlər çünki cəzalanacaqlarına görə qorxurlar, digər intihar səbəblərindən biri gənc və yeniyetmələrin  həyatında uğursuz sevgi münasibətləridir. Tərk edilməklə qarşı tərəfin xatirəsinə həkk olunacaqlarını düşünür və ya qarşı tərəfi uğursuz sevgiyə görə cəzalandırmaqda ən gözəl cəzanı intiharda görürlər. Bəzən intihar hadisələri haqqında seyr edilən filmlər, intihar edənlər haqqında məlumatlar şüuraltında yatmış bütün etirazları oyada bilər və nəticəsində eyni yaş kateqoriyasında olan insanlar ölümün əbədi olduğunu dərk etmədən intihar edə bilərlər.

Ruhiyye R 1

Ailə daxilində manipulyasiyalar, daim stress altında yaşama, uşaqların aldığı yersiz cəzalar, yetişkənlik yaş dövründə daxili mənlərini saya almamaq, “sən uşaqsan”, “səsini kəs”, “mən nə deyirəmsə o da olacaq”, “sənin mənə etiraz etməyə haqqın yoxdur”, “səni mən böyütmüşəm,mən bilərəm” kimi aqressiv ifadələr gənc və yeniyetmələri intihara sövq edən ifadələrdir. Digər amillər isə zorakılıq, yaxın adamların ölümü, həyata anlya bilməyən gənc və yeniyetmələrin mənəvi ağrıya dözə bilməmələri intiharla nəticələnir.

Ruhiyye R 2

İntiharın qarşını almaq üçün valideynlər uşaqları necə xilas edə bilərlər?

Özünə qapanan, aqressiv, tənhalıq hissi yaşayan uşaqla daim danışmaq onunla əlaqədə olmaq, əhval ruhiyyəsindəki dəyişiklikləri hiss etmək, izləmək və bu zaman mütəxəssisə müraciət etmək lazımdır. Valideyn övladının hansı kitablar oxuduğuna hansı filmləri, hətta hansı proqramları seyr etdiyini izləməli və nəzarətdə saxlamalıdır. Hər hansı bir faydalı işlə məşğul olmağa cəlb etməli, sosial şəbəkələrədn uzaqlaşdıraraq ünsiyyətə sövq etməlidir. İlk növbədə valideynlə uşaq arasında dost ünsiyyəti qurulmalıdır, şiddət qəti şəkildə dayandırılmalı, təhlükənin olduğunu sezildikdə psixoloq müraciət edilməli və peşəkar yardım alınmalıdır. Əgər ailədə intihar halı və ya ona cəh dolubsa aildəki digər uşaqlar da bundan xəbərdardılarsa, şahid olublarla ailənin bu üzvləri risk altındadır. Ailə profilaktik tədbir kimi mütəxəssisə müraciət etməlidir.

 

Ruhiyyə Rüstəmova

Mayomed klinikasının əməkdaşı, ailə və uşaq psixoloqu, AMAC ana və uşaq psixoloji dəstək birliyinin rəhbəri 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir