yemeye ne var

Didmə salatı belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 847

Didmə salat – olduqca sadə hazırlanan bir salatdır, amma olduqca da dadlıdır. Azərbaycan mətbəxində ən çox hazırlanan salatlardan biridir. Hazırlanma qaydası sadə olduğu qədər ərzaqları da çox azdır. Belə ki, toyuq əti, qoz, yumurta, sarımsaq və mayonezdən hazırlanır. Ayrıcalıqda sarımsağı çox sevməyə bilərsiniz, ancaq mütləq ki, salatda reseptdən çıxartmayıb istifafə edin. Çünki salata xüsusi bir dad qatır. Beləliklə, “Gencaile.az”  saytının  “Yeməyə nə var?” rubrikasında bu gün sizə didmə salatın hazırlanma qaydasından bəhs edəcəyik.

 

Ərzaqlar

200 qram toyuğun döş əti

80-90 qram qoz

3 ədəd yumurta

1/2 diş sarımsaq

Mayonez

Duz

Qara İstiot

didme salat

Hazırlanması

Porsiya – 4-5 nəfər üçün

Ət suda bişirilib didilir. Qoz xırda-xırda doğranıb əlavə edilir. Yumurta suda bişirilib sarısı ilə birlikdə sürtgəcin iri gözündən keçirilib əlavə edilir. Sarımsaq soyulub sürtgəcin kiçik gözündən keçirilir və ya əzilib əlavə edilir. Sonda isə mayonez, duz və istiot əlavə edilib yaxşıca qarışdırılır.

 

Təqdim etdi: İlahə Atəş




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir