AYAQQABİ

Dikdaban ayaqqabı baş ağrısı yaradır – ARAŞDIRMA

Baxış sayı: 1. 410

Qadınların ən sevimli geyimlərindən biri dikdaban ayaqqabılardır. Şkaflarınızı bəzəyən bu rəngarəng dikdabanların sağlamlıq baxımından nə qədər yararlı olduğunu bilirsinizmi?

Aparılan araşdırmalar dikdaban geyinən qadınların diqqətli olmasını xəbərdarlıq edir. Mütəxəssislər gün ərzində dikdaban ayaqqabıların sadəcə 1 saat geyinilməsini məsləhət görürlər.

Dar bir ayaqqabının içində qalan ayaqlar daha çox sıxılaraq zərər görür. Bu da müxtəlif barmaq və dırnaq xəstəliklərinə yol açır.

Araşdırma zamanı kəskin baş ağrısından şikayət edən insanların çoxunda göbələk,  dırnaq batığı, qabarma, barmaqda deformasiya kimi xəstəliklərin olduğu müəyyən edilib.  Buna görə uzun müddət ayaq üstə duracağınız günlərdə yastı daban ayaqqabı geyinməyiniz sağlamlıq baxımından daha yararlıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir