AYAQQABI

Dikdaban ayaqqabı probleminə “əlifba” idmanı

Baxış sayı: 1. 548

Dikdaban ayaqqabılar ayaqlarda ağrı və şəkil pozuntuları yaratmaqla bərabər dizə və belə də zərər verir. Mütəxəssislər dikdaban ayaqqabı geyinərkən “əlifba” idman hərəkətləri etmənin vacibliyini vurğulayır.

Uzun müddət dikdaban ayaqqabı geyinmək qadınlarda ayaq biləyini incitmə ehtimalını artırır, ayaq, diz və bel ağrılarına səbəb olan “balerin” xəstəliyi yaradır.

Ayaqqabının dabanı nə qədər yüksək olarsa, yeriyərkən ayağın önünə yüklənən yük 5 qat daha artar. 5 sm hündürlükdə ayaqqabıda normal yeriş tamamən pozulur. 7 sm-dəki daban yüksəkliyi isə ayağın ön tərəfinə yüklənən yükün miqdarını 7 qat artırmış olur. Ziyafətlərdə dikdaban ayaqqabı ilə bir neçə saat ayaqüstə qalmalı olursuzsa, evə gələrkən dərhal su masajı və idman hərəkətləri edilməlidir.

Ayağın fırladılması və əlifba idmanı ayaq sağlamlığı üçün faydalıdır. A hərfindən başlayaraq əlifbadakı bütün hərfləri baş barmaqla havada çəkmək ayağın hər istiqamətdə hərəkət etməsinə kömək edəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir