ofis

Diqqət: bunları edirsinizsə, işdən qovulacaqsınız!

Baxış sayı: 1. 244

Ən yaxşı kadrları da işdən çıxardırlar. Çünki bəzi pis vərdişləri bəzi yerlərdə qəbul etmirlər.

 

Vacib zənglər

Əgər vacib zəng qəbul etməli, yaxud onlayn konferensiyada iştirak etməlisinizsə, bunu sakit bir yerə keçərək ediniz. Qaynayan çaynikin səsi, evdəki səs küy, dostların yığıncağı sizin nüfuzunuzu heç edə bilər. Ən yaxşısı belə vəziyyətlərdə üzr istəyib, sonradan sakit bir yerdə zəng etməkdir.

 

Stress büruzələri

Sizin stresiniz üzə vurmamalıdır və işdə sizə maneə etməməlidir. Psixoloq Haydi Hanna deyir ki, stress zamanı neqativ enerjiniz ətrafdakıların iş məhsuldarlığına mənfi təsir edir. Stresə əsir düşməyin, özüvüzü ələ alın.

 

Dilə nəzarət

Həyatdan bir hadisə:

Direktorların görüşməsindən sonra “Francesca’s” geyim satışı firmasının maliyyə direktoru Cin Morfis görüşmədən o qədər razı idi ki, öz sevincini “Twitter”də bölüşmüşdü: “Şura toplantısı. Yaxşı rəqəmlər = xoşbəxt direktorlar”. Onu dərhal işdən azad etmişdilər. Səbəb – hələ bütün investorlara xəbər verilməmiş gizli informasiyanın yayılması olmuşdu.

 

İclas

Aktivlik – sizin ikinci adınızdır. Fikirlərinizi söyləyin, ideyalar verin, yaxud sadəcə söhbətin içində olun, həmkarlarınızın gözünə baxın. Əks halda sizin heç nə vecinizə olmadığını düşünəcəklər.

 

Telefon

“WORKS by Nicole Williams”ın redaktoru Cill Caçintonun sözlərinə görə, sizin şəxsi məsələlərinizi işdə kimsə bilmək məcburiyyətində deyil və etik cəhətdən düzgün deyil.

 

Qida

İş yerində yemək yemək etik deyil. Əgər nahara özünüzlə yemək gətirmisiniz isə onu yaxşı olar ki, yeməkxanada yeyəsiniz. Əks halda həmkarlarınız tədricən sizdən bezəcək. Sonrasında da nə olacağını bilmək olmaz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir