urek

DİQQƏT: Ürək xəstəliklərindən necə qorunmalı?

Baxış sayı: 1. 200

Ürək xəstəliklərindən əziyyət çəkmək istəmirsinizsə, əvvəlcə bu orqana zərər verən vərdişlərdən uzaqlaşmalısınız. Bundan sonra isə mütəmadi olaraq həkim müayinəsindən keçməyiniz kifayət edəcək.

Ürək sağlamlığını qorumağın yollarını təqdim edirik:

Aşağıdakı vərdişləri tərgitsəniz, ürək xəstəliklərindən ölüm riski 30-60 faiz azala bilər:

Gec oyanıb, gec yemək;

Ac olmadığınız halda yemək;

Yatmazdan öncə yemək;

Qeyri-sağlam qidalanma;

Hərəkətsiz həyat tərzi keçirmək, çox oturmaq;

İdmanla məşğul olmamaq;

Həddən artıq stressə məruz qalmaq;

Kökəlmək;

Həddən artıq spirtli içki içmək;

Siqaret çəkmək;

Ürəkdə heç bir problem olmayanda həkimə getməmək.

Həkimlər bildirir ki, döşdə ağrı və ya yanma hissi olduqda mütləq mütəxəssisə müraciət etmək lazımdır. Bu ürək xəstəliklərinin ilkin əlaməti ola bilər. Ağrı və yanğı hissi qollarda, mədənin üstündə, boyunda və çənədə də hiss edilə bilər. Tez yorulmaq, nəfəs almaqda çətinlik çəkmək, ürəyin sürətlə döyünməsi də ürək xəstəliklərinə işarə edə bilər.

Özünü sağlam hiss etsələr belə, qadınlar 40 yaşdan, kişilər isə 50 yaşdan sonra həkimə müraciət edib ürəklərini müşahidə altında saxlamalıdır. Bu müayinə sağlam insanlarda iki ildən bir, risk faktoru olanlarda isə hər il təkrar edilməlidir.

Ailədə ürək xəstəliyindən əziyyət çəkənlər varsa, daha diqqətli olmaq lazımdır. Belə halda müayinələrə 30 yaşda başlamaq məsləhətdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir