dish

Diş çıxaran körpələr üçün məsləhətlər – VALİDEYNLƏR OXUSUN!

Baxış sayı: 1. 386

Diş çıxarmaq körpələrdə narahatlığa səbəb ola bilər. Körpənin diş çıxardığı necə müəyyən etmək olar və diş çıxaran körpə üçün nə etmək lazımdır?

Körpənizin diş çıxardığını göstərən əlamətlər:

Oyuncaq və barmaqlarını davamlı ağzına aparırsa, qızdırması varsa, ağızında normaldan daha çox tüpürcəyi axırsa,
yatmaqda çətinlik çəkirsə, diş əti qızarıb və ya şişibsə, iştahı yoxdursa, yanaqlarında və ya çənəsində qızartı varsa demək körpəniz diş çıxarır.

Diş çıxaran körpə üçün nələr edilə bilər?

Əlinizi yaxşıca yuyun və yüngülcə damaqlarını masaj edin.

Təmiz bir bezi isladıb soyuducuya qoyun. Soyuduqdan sonra çeynəməsi üçün əlinə verin. Soyuq şişkinliyə və ağrıya yaxşı təsir edəcək

İki yemək qaşığı zeytun yağı və 1 damcı qərənfil (mixək) yağını damaqlarına yüngülcə masaj edə bilərsiniz. Mixək yağı təbii ağrı kəsici xüsusiyyətə malikdir. Ancaq zeytun yağına qarışdırmadan və 1 damladan çox istifadə etməyin.

Körpənizin diş çıxardığından hiss etsəniz mütləq həkiminizə müraciət edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir