dishler

Diş ləkələrindən qurtulun – MƏSLƏHƏTLƏR

Baxış sayı: 1. 894

Diş ləkələrinə siqaret və ya yediyiniz qidalar, diş ətinə içdən təsir edən qocalma, uzunmüddətli antibiotik istifadəsi də səbəb olur.

Gündəlik diş baxımını düzgün etməmək də diş ləkəsinə səbəb olur. Ağız qarqarası, fırçalamaq, diş ipi istifadəsi təsirli ağız təmizliyini təmin edər və ləkələrin yaranmasını əngəlləyər.

Ailem.az insanları gülüşündən məhrum edən diş ləkələrinin səbəblərini təqdim edir.

Pis ağız gigiyeniyası zamanı yemək yedikdən sonra ağızda yemək artıqlarından yaranan bakteriyalar dişlərə yapışaraq zaman içində saralmasına səbəb olur.

Çay , qəhvə kimi içkilər, acı hind ədviyyatı köri, kafein və təbii rəngləndiricilərlə dişlərdə ləkələrə səbəb olurlar.

Qazlı içkilər tərkibindəki asit, qırmızı şərab ilə dişlərdə ləkələrə səbəb olur.

Enerjili içki və hazır qidalarda olan qida boyaları.

Bəzi antibiotik və dəmir tərkibli dərmanlar.

Yaşlandıqca incələn diş minası dişlərdə ləkələrin yaranmasına səbəb olur.

Siqaret dişlərdəki ləkələrin ən əsas səbəblərindən biridir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir