56

Diş plombuna ehtiyac qalmayacaq…

Baxış sayı: 1. 629

Yapon alim Kazuye Yamaqaşi şəxsi gigiyena sahəsində inqilabi ixtira edib. Onun hazırladığı diş məcunu tez və ağrısız şəkildə dişlərdəki çatları və deşikləri tutmağa, həmçinin, stomatoloqun köməyi olmadan diş emalını bərpa etməyə imkan verir.

Bu pasta tərkibinə görə diş emalını xatırladır və onu dişdə yaranmış çata çəkmək lazımdır. Yeni maddə dişləri təşkil edən əsas element -hidroksil-apatitlə aparılmış çoxsaylı təcrübə nəticəsində əldə edilib.

Əvvəlcə pastanın tərkibindəki oksigen dişin üzərindəki çatı yüngülcə əridir. Lakin üç dəqiqə sonra kristallaşır və təbii emalın strukturuna birləşərək süni maddə əmələ gətirir. Əlavə etmək lazımdır ki, bu həm də bakteriyalar əleyhinə əla vasitədir.

Yapon stomatoloqların apardığı təcrübələr təsdiq edir ki, müalicə olunmuş diş sağlam dişdən heç nə ilə fərqlənmir. Həmin fərqi heç mikroskopun köməyi ilə də görmək mümkün deyil.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir