dis

Diş sağlamlığında doğru bildiyiniz səhvlər

Baxış sayı: 1. 559

Ağız və diş sağlamlığı haqqında doğru bilinən bir çox səhv və qulaqdan-qulağa keçmə məlumatlar diş xəstəliklərinə səbəb ola bilər. Sağlam dişlərə sahib olmaq üçün ilk növbədə bu haqda düzgün məlumatlara yiyələnməlisiniz. Sağlam dişlərə sahib olmağına yardımçı olmaq üçün bəzi doğru bilinən səhvlərdən bəhs edəcəyik.

 

– Dişlərin yaxşı təmizlənir deyə onu bərk şəkildə fırçalamayın. Bu diş üzərində aşınmalar yarada bilər, mina qatının zədlənməsi ilə nəticələnər. Sonra isə dişlər ağlığını itirir və sarılaşmağa başlayır. Həmçinin dişləri bərk fırçalamaq diş əti probleminə də səbəb olur.

– Doğru bilinən maraqlı səhvlərdən biri də dişləri yumamışdan öncə fırçanı islatmaqdır. Bəli, düz oxudunuz. Fırçanı dişləri fırçalamadan əvvəl islatmaq onun tüklərinin yumşaqlaşmasına gətirib çıxardır.

– Dişimiz ağrıyanda adətən tez ağrıdan azad olaq deyə çıxış yolunu aspirində tapırıq. Amma səhv edirmişik. Çünki ağrıyan dişə aspirin qoymaq diş əti yaralarına yol açır.

– Dişlərimizi ev şəraitində ağartmaq üçün duz və karbonat (soda) ilə bu prosesi etməməliyik. Həm karbotan, həm də ki, duzun tərkibində elə maddələr var ki, bu dişlərin aşınmasına səbəb olur. Beləliklə, qaş düzəldən yerdə gözdən də ola bilərsiniz. Yəni dişlərinin daha ağ, daha parlaq olmasına çalışarkən onun saralmasına, tez xarab olmasına şərait yarada bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir