karies

Dişlərdə karies niyə yaranır?

Baxış sayı: 1. 455

Karies – dişin sümük toxumasının müxtəlif mikroblar tərəfindən zədələnməsi olub, bir çox səbəblər nəticəsində baş verir. Ən çox yayılmış səbəblər isə bunlardır:

– ağız boşluğunun mikroblarla yüksək dərəcədə çirklənməsi;

– ağız şirəsi suyunun azalması və tərkibinin dəyişməsi;

– dişin sümük toxumasının möhkəmliyinin azalması.

Karies diş ərpi olan yerdə inkişaf edir. Dişlərini təmizləməyən və çox konfet, makaron, peçenye, kartof püresi yeyən uşaqlarda diş ərpinin daha artıq miqdarda toplanması qeyd edilir. Diş ərpi minlərlə mikroblar üçün yaxşı yaşayış mühitidir. Bu mikroblar diş emalını və dentin təbəqəsini dağıdaraq son nəticədə kariesin əmələ gəlməsinə səbəb olurlar.

Çoxsaylı mikrob toplumlarının əmələ gəlməsi üçün orta hesabla 12 saat tələb olunur. Məhz buna görə də dişləri gündə iki dəfə təmizləmək məsləhət görülür. Bu mikroblar xüsusilə gecə vaxtları daha aktiv olurlar. Buna görə də valideynlər öz uşaqlarına dişlərini düzgün şəkildə təmizləməyi öyrətməlidirlər. Bu, kariyesin profilaktikası üçün ən yaxşı vasitədir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir