dis

Dişlərin təmizlənməsi zamanı etdiyimiz 5 səhv

Baxış sayı: 1. 473

Sağlam və gözəl dişlər insanı daha cazibədar edir. Bundan əlavə dişlərin sağlam olması insanın ümumi sağlamlığında böyük rol oynayır.

Xarab dişlər mədə-bağırsaq sistemi xəstəliklərinin riskini artırır, immun sisteminin zəiflənməsinə səbəb olur, hətta baş və boyun xərçəng xəstəliklərinin inkişafına səbəb ola bilər.

Diş xəstəliklərinin ən effektli profilaktik tədbiri dişlərin mütəmadi olaraq təmizlənməsidir. Lakin dişləri təmizlədikdə bir çoxlarımız bu kimi səhvləri edirik:

 

Dişləri bərk sürtmək

Effektli təmizlənmə üçün bu tələb olunmur. Dişləri yüngül sürtmək lazımdır ki, diş emalı zədələnməsin.

 

Dişlərin təmizlənməsinə az vaxt ayırmaq

Dişlərin yaxşı təmizlənməsi üçün 2-3 dəqiqə lazımdır.

 

Dili təmizləməmək

Dilin üzərində çoxlu mikroblar toplanır ki, bu mikroblar dişlərin sağlamlığına ziyan vurur.

 

Hərəkətləri üfqi istiqamətdə etmək

Bu ən yayılmış səhvlərdəndir. Hərəkətlər şaquli istiqamətdə olmalıdır – damaqdan dişin tacına kimi.

 

Diş fırçasına düzgün qulluq etməmək

Nəm diş fırçası mikrob və göbələklərin çoxalması üçün çox yaxşı yerdir. Bu səbəbdən diş fırçasını hər istifadədən sonra sabunlu suda yumaq, yaxşı yaxalamaq və açıq yerdə (bağlı şkafda deyil!) saxlamaq lazımdır. Fırçanı hər 3 aydan bir dəyişin.

Bu kimi səhvlər dişlərin təmizlənməsinin effektivliyini azaldır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir