dis

Dişlərinizi bəyaz saxlamağın 9 QAYDASI

Baxış sayı: 1. 524

Ağ dişlərə sahib olmaq üçün istifadə etdiyiniz vasitələr köməyinizə çatmır? Diş ağardan vasitələrdən istifadə etmədən də bəmbəyaz dişlərə sahib ola bilərsiniz.

1. Vaxtınız yoxdursa…

Dodaq boyası işinizə yaraya bilər. Fərqli rəngdə dodaq boyalarını kombinə etməniz dişlərinizi olduğundan bəyaz göstərə bilər. Dişləriniz sarıdırsa, açıq qırmızı, ya da saqqız çəhrayısı tonlarını qarışdırın.

2. Dişlərinizi təmizlədin

Diş həkiminizin dişlərinizin pelikül təbəqəsini təmizləməsi dişlərinizin daha bəyaz və parlaq görünməsini təmin edəcək.

3. Su için    

Səhərlər qəhvə, çay əvəzinə su için. Qəhvənin tərkibindəki maddələr dişlərin üzərinə hopur və dişlərinizin rənginin getdikcə dəyişməsinə səbəb olur. Bir şeylər yedikdən sonra dişlərinizi fırçalamanız diş minasına zərər verib rəngini korlaya bilər.

4. Diş həkiminizlə görüşün     

3-4 gündən bir gedəcəyiniz, cəmi 30 dəqiqə davam edən seanslar sayəsində dişlərinizə tətbiq ediləcək karbamid peroksid sayəsində 1 il boyunca saralmayan bəyaz dişlərə sahib ola biləcəksiniz.

5. Elektrikli diş fırçasından istifadə edin  

Hərəkətli bir fırçayla diş ləkələriniz asanlıqa təmizlənə bilər. Dişləri bəyazladan bir diş pastasıyla daha müsbət nəticə əldə edə bilərsiniz.

6. Diş bəyazladan lentlərdən istifadə edin

7 gün ərzində istifadə edəcəyiniz diş bəyazladan lentlərin müsbət təsirini 7 gün ərzində görəcəksiniz.

7. Bəyazladan rezin taxmalardan istifadə edin 

Karbamid peroksid gel tərkibli bu taxma zolaqları gündə 1-2 saat dişlərinizə taxa bilərsiniz. Diş ətinə də heç bir zərəri yoxdur. Qısa zamanda dişlərinizdəki fərqi hiss edəcəksiniz.

8. Kosmetik həll yolları

Saralan dişlərinizin üstünə yerləşdiriləcək kosmetik diş qapaqları sayəsində bəyaz dişlərə sahib ola biləcəksiniz. Bir az bahalı olduğundan digər vasitlər işinizə yaramadığında son anda bu yola müraciət edə bilərsiniz.

9. Gigiyenik qaydalara əməl edin   

Müntəzəm olaraq dişləri fırçalamaq, diş iplərindən istifadə diş sağlamlığı üçün önəmlidir. Dişləri fırçalamaq, diş ipindən istifadə, müntəzəm olaraq diş həkiminə getmək bakteriyaların artmasının qarşısını alar,  dişlərinizin sağlam, təmiz, bəyaz olmasını təmin edər.

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir