Divar

Divarları şənləndirən dekor təklifləri – “EVİN İŞİ”

Baxış sayı: 1. 558

Fərdiləşdirilmiş, qəşəng və sadə görünüş üçün evin divarlarının necə bəzədilməsi çox əhəmiyyətlidir. Lazımi dekora edilməmiş divarlar evi qəribə, yarım və boş göstərə bilər. Yarana biləcək bu tip problemləri aradan qaldırmaq üçün “Gencaile.az” saytının “Evin işi” rubrikasında divarları şənləndirən bir neçə dekor təkliflərini təqdim edirik:

 

Ailə

Ailənizlə birlikdə həftə sonunu evin divarlarını bəzəmək üçün ayırın. Bunu birlikdə əylənmək üçün fürsətə çevirin. Hədəf seçdiyiniz dekoru ağlınızdan çıxartmayın, bütün rəngləri, divar kağızlarını və digər aksessuarları hazırlayın.

 

Balanslı bəzək

Divarların ölçüsü böyük ola bilər, amma bu hər yerlərinə rəsmlər, çərçivələr, fotolar asmaq lazım olduğu mənasını verməz. Divar bəzəyərkən əsas məqam tarazlığın qorunmasına riayət etməkdir.

 

İpucu

Divarın rəngi, bəzək üçün istifadə etdiyimiz obyektlərin rəngləri arasında da tarazlığı nəzərə almaq lazımdır. Şəkillər, rəflər və karnizlər buna görə seçilməlidir.

Image result for evin içinde asılan tablolar

Nə etməli?

Divar bəzəmək üçün bir çox variantımız var. Ən sadələrini belə sıralaya bilərik.

 

1-ci müxtəlif ölçü və mövzuda şəkillər.

2-ci ailə fotoları, şəhər fotoları, təbiət fotoşəkilləri. Ürəyiniz və könlünüz nə istəyirsə…

3-cü kitab, film, dekorativ obyekt, albom və çərçivələri və ya rəflər düzəldə bilərsiniz.

 

Divar bəzəyərək əylənmək istəyənlər üçün də bir neçə təklifimiz də var:

1-ci divarı yeni bir rəngə boyayın. Monotonluğu aradan qaldırmaq üçün başqa rənglərlə hərəkətə gətirə bilərsiniz.

2-ci divar kağızlarınızı dəyişin. Minlərlə variantdan biri ilə evinizi yenidən formalaşdırın.

Image result for evin duvarlarına çizilmiş resim

Bir divar, bir sərgi sahəsi

Əgər evdə rəsm çəkən və ya fotoşəkil çəkən bir sənətkar varsa, divarlardan onun işlərini nümayiş etdirmək əla fikirdir. Ya da əl işlərinizi nümayiş etdirə bilərsiniz. Beləliklə, əldə edəcəyiniz fərdiləşdirilmiş, kiçik sənət qalereyası sizi də, qonaqlarınızı da şənləndirəcək.

 

Hazırladı: FATEH

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir