diz agrisi

Diz ağrılarının səbəbləri nələrdir və müalicəsi necə olmalıdır?

Baxış sayı: 163

Diz ağrısı çox sıx rast gəldiyimiz şikayətlərdən biridir. Diz ağrılarının mənbəyi oynaqdaxili toxumalar və ya oynaq ətrafı əzələ, bağlar və ya boşluqlar ola bilir. Kəskin diz ağrısı adətən travma sbəbindən yaranır. Amma xronik diz ağrısı səbəbləri arasında adətən revmatik patologiyalar durur. Ağrının səbəbinə bağlı olaraq xəstə ağrını diz qapağında, diz önündə, diz arxasında hiss edə bilər.

1. Bağ zədələnmələri

Dizin yan bağları və ya çarpaz bağlarında zədələnmə səbəbi daha çox travma mənşəli olur. Kəskin yaranan diz ağrısı yeriyərkən və dizi bükərkən ciddi narahatlıq yaradır. Bəzi hallarda təkrari zədələnmələr nəticəsində kalsifikasiya ortaya çıxa bilər.

Ön çarpaz bağ zədələnmələri: Ön çarpaz bağ zədələnmələri diz ağrısı səbəbləri arasında ən çox görülən bağ zədələnməsidir. Bu bağ tək başına da zədələnə bilər, ya da daxili yan bağ, daxili mensk zədələnmələri ilə birgə də müşahidə edilə bilər.

Əsas əlamətlər diz ağrısı, şişkinlik, oynağın hərəkət məhdudluğudur. Xronik ağrılarda dizdə boşalma hissi ola bilər.

Arxa çarpaz bağ zədələnmələri: Bütün diz zədələnmələrinin 37% təşkil edir. Zədələnmə kəskin və ya xronik, tək başına ya da digər zədələnmələrlə bərabər görülə bilər.
Dizin həddindən burxulması arxa çarpaz bağ zədələnmələrinin ən önəmli mexanizmasıdır. Fiziki müayinə zamanı kəskin zədələnmələrə bağlı olaraq dizin arxa tərəfində dəri altındakı qanamaya bağlı qırmızılıq görülə bilər. Dizdə şişkinlik və hərəkət itkisi vardır. Ağrı və yerimə çətinliyi vardır. Xəstəliyin proqnozu adətən yaxşıdır.

Yan bağların zədələnmələri: Ən çox daxili tərəfində olan bağ zədələnir. Daxili mensk və ön çapaz bağ zədələnmələri müşayiət edə bilər. Xarici yan bağın tək başına zədələnməsi nadirdir. Adətən digər zədələnmələrin bir hissəsi olaraq qarşımıza çıxır. Ən çox rast gəlinən əlamət diz ağrısıdır. Ağrı ilə yanaşı hərəkət məhdudluğu varsa mensk və ön çarpaz bağ zədələnməsi düşünülməlidir.

2. Tendinit (Vətərin iltihabı)

Revmatik xəstəliklərin bir əlaməti olaraq ya da həddindən artıq istifadəyə bağlı sindromlarından biri olaraq rast gəlinir.

Patellar tendenit (diz qapağının aid tendinit): Diz qapağının altında rast gəlinən ağrının ən çox səbəblərindən biridir. Ən çox tullanma ilə oynanan oyunlarda (voleybol, basketbol, tenis, atletizm) görülür. Fəaliyyətə bağlı diz qapağı ağrısı xarakterik şikayətdir. Uzun müddət oturduqdan sonra və ya pilləkən çıxdıqdan sonra da ağrı və ya gərginlik məydana çıxa bilir. Müalicədə mühüm olan ağrının azaldılmasıdır.

3. Mensk zədələnmələri

Mensklər bud və qamış sümüyü oynaq səthləri arasında boşluğu doldururlar. Dizin müvazinətinin tənzimlənməsində, oynaqda yükün paylaşılmasını vacib rol oynayırlar. Mensk zədələnmələri kəskin bir travma ya da yaşlanma prosesində zədələnməyə bağlı ortaya çıxır. Daxili mensk cırılmaları xarici mensk cırılmalarından daha çox rast gəlinir. Mensk zədələnmələrində əsas şikayət diz ağrısı, diz qapağı ağrısı, şişkinlik və hərəkət məhdudluğudur. Bağın lezyonu müşaiət etmirsə şişkinlik az olur. Zədəli naiyyə palpasiyada ağrılı olur.

4. Bursit (Kisə iltihabları)

Kisələr əsasən bədənin bir birinə sürtünən strukturları arasında olub aşınmaların qarşısını alırlar.
Diz oynağı ətrafında 11 kisə vardır. Bu kisələrdən hər hansı birində zədələnmə diz ağrısına səbəb ola bilir. Təkrari kiçik travmalar, kəskin birbaşa travma, infeksiya ikincili olaraq əmələ gələ bilir. Lokal diz qapağı ağrısı, şişkinlik, qızartı və tempratur yüksəlməsi görülə bilir.

5. Qığırdaq qırıqları ( osteoxondritis Dissekans)

Oynaq qığırdağının ya da oynaq qığırdağı ilə birgə qığırdaq altında sümüyün bir hissəsinin qidalanmasının pozulması və canlılığının itməsi ilə sağlam toxumadan fərqli olaraq strukturunun dəyişməsidir.
Tez tez bud sümüyün ynağının daxili səthində rast gəlinir. Daha çox yaşlılarda görülən ağrı səbəblərindəndir və 20% hallada iki tərəfli olur. Kəskin travma, təkrari kiçik zədələnmələr, sirkulyasiya pozğunluqları və genetik səbəblərdən yarana bilər. Xəstədə fiziki fəaliyyətlə artan diz ağrısı və şişkinlik vardır.

6. Oynaq siçanı (sərbəst cism)

Ən çox səbəbi qığırdaq lezyonu və qığırdaq kirəcləşməsidir. Diz oynağı sərbəst cismin ən çox rastlanıldığı oynaqdır. Sərbəst cismin ən xarakterik əlaməti hərəkət məhdudluğudur. Hərəkət məhdudluğu şiddətli diz ağrısı ilə birlikdə müşahidə edilir.

7. Osteonekroz (sümük toxumasının dağılması)

Adətən orta yaşlı və ya ahıl yaşlı qadınlarda  rast gəlinir. Travma olmadan anidən diz ağrısı və oynaqda hərəkət məhdudluğu müşahidə edilir. Müalicəyə erkən başladıqda əlamətlər aradan qaldırıla bılır.

8. Diz qapağı çıxığı:

Diz qapağı sümüyü dizin ön hissəsində yerləşən üçbucaq formalı bir sümükdür. Dizimizi büküb gərdikdə diz qapağı sümüyü bud sümüyü yatağında yuxarı və aşağı hərəkət edir. Bəzən dizdəkı bir əzələ və ya bir bağ əks yöndə gərilirsə bu zaman diz qapağı sümüyü yüklənir. Bu halda diz qapağı qismən və ya tamamilə yerindən çıxa bilər. Dizin burxulması ilə  anidən yaranan diz qapağı ağrısı vardır və xəstə dizini aça bilmir. Daxili yan bağ zədələnməsi də buna qoşula bilər. Adətən gənc atletlərdə və qızlarda daha çox rast gəlinir. Bağlarda boşalma, zəifləmə, bud sümüyünün inkişaf anormallığı , diz qapağının anormal yüksəkdə yerləşimi diz çıxıqlarına səbəb olan faktorlardandır.

9. Yağ yastıqcığı sindromu:

Diz oynağı daxilində bir çox yağ yastıqcığı vardır. Diz oynağının ön hissəsində diz qapağı  üstündə, arxasında və altında olmaqla 3 cür yağ yastığı mövcuddur. Bu yağ yastıqları damar və sinirlərlə zəngindir. Xüsusilə Hoffa xəstəliyi adlanan, diz qapağı altındakı yastığın xəstəliyi şox rast gəlinir. Bu diz qapağı ağrı səbəbi ola bilir. Diz ağrısı uzun müddət oturmaqla və çöməlməklə artar.

10. Qaçan adam dizi

Ən çox qaçış idmanı ilə məşğul olanlarda, velosipedçilər, əskərlər kimi tez-tez dizin bükülüb açılması hərəkətini təkrar edən insanlarda görülür. Ağrı çox vaxt qaçmağa başladıqdan 10-15 dəqiqə sonra başlayır, istirahətdən sonra keçir. Bzən yürüyüş edərkən və ya pilləkən qalxıb- enərkən də yarana bilir.

11. Kirəcləşmə (Duzlaşma)

Tibbi adı osteoartirit olan kirəcləşmənin tezliyi yaşla birgə artan, oynaq qığırdağınınlokal  itkisi ilə birlikdə oynaq  kənarlarında meydana gələn sümük dəyişiklikləridir. Klinik olaraq əsas simptomla ağrı və oynaq tutlmasıdır. Diz kirəclənməsi (duzlaşması) yaşlı populyasiyanın ⅓ arasında diz ağrısının əsas səbəbidir. Daha çox qadınlarda olur və bir diz daha çox zədələnir.

Diz ağrılarının ən yaxşı müalicəsi- PROLOTERAPİYA

Diz ağrıları zamanı bir çox müalicə seçimi vardır. Lakin bir çoxu müvəqqəti olaraq ağrının kəsilməsindən ibarətdir. Bir çox insan ağrıkəsici və iltihabəleyhinə dərmanlar qəbl edərək ağrıları qısa müddət üçün azaltsalar da oynaqda meydana gələn zədə davam etdiyi üçün keçici bir effekt verir. Eyni zamanda ağrıkəsici dərmanlar oynaq ətrafındakı və oynaq daxili bağları zəiflədib zədələnməsini artırdığına görə və br çox əlavə yan təsirlərə sahib olduğuna görə effektiv seçim olmamalıdır. Bundan əlavə kortizon iynəsi də müəyyən qədər rahatlama yaratsa da bir müddət sonra təsiri itir və yan təsirlərə bağlı problemlər yaranır. Xəstələrin böyük bir qismi cərrahi əməliyyatın tam bir müalicə olduğunu düşünür və bir çoxu diz protezi əməliyyatı olunurlar. Lakin diz protezinin də bir ömrü vardır və 50 yaşında əməliyyat olunan xəstə 60 yaşında təkrar əməliyyat olunma gərəyi duyur.Bundan başqa diz protezi əməliyyatı olan xəstələrdə əməliyyatdan sonra da tam olaraq şikayətləri keçmir və diz protezi əməliyyatı yetərli qədər ağır bir əməliyyatdır və istər əməliyyat vaxtı, istərsə əməliyyatdan sonra ciddi riskləri ( infeksiya, protezin tam oturmaması, bədənin protezi yad maddə olaraq görməsi və qəbul etməməsi və.s) vardır.

Bütün bu müalicə növləri arasında proloterapiya zərərsiz, yan təsiri olmayan effektiv bir müalicə hesab edilir.

Proloterapiya ilə diz ağrısı müalicəsində diz oynağı daxilinə və oynaqətrafı bağların sümüyə birləşdiyi yerlərə və diz qapağı ətrafına edilən inyeksiyalar hesabına bu nahiyədə qan dövarının artması nəticəsində kontrol edilən iltihab bədənin sağalma prosesini sürətləndirərək yeni kollagen və qığırdaq toxuma yaranmasına gətirib çıxarır nəticədə zədəli oynağı bərpa etmiş olur.

Diz problemlərində proloterapiya nəticəni ( simptomu) deyil, səbəbi müalicə edir.

Proloterapiya dizdə toxuma, oynaq, vətər və bağ sistemini canlandıran, və zədələnmələri, bağ boşalmaları müalicə edən toxumaları yeniləyib, bərpa edib gücləndirən bir müalicə metodudur. Dizin proloterapiyasında məqsəd liqament (bağ), əzələ və vətərləri gücləndirərək diz oynağına düşən yükü azaltmaq, dizin daxili bağ, qığırdaq və mensk kimi strukturları təmir edərək yeniləməkdir. Diz proloterapiyasında zaman keçdikcə toxuma yenilənməsi və oynaq stabilizasiyası təmin edildikcə ağrılar tezliklə azalacaqdır. Beləliklə proloterapiya ilə  diz oynağı müəyyən zaman müddətində yenilənir. Xəstənin yaşından və zədələnmənin dərəcəsindən asılı olaraq seanslar 3-4 həftədən bir aparılır. Seanslar arası müddətdə xəstə yaxşı qidalanmalı, verilən idman hərəkətləri yerinə yetirməli və mümkünsə çəki azaldarsa effektivlik daha da artacaqdır. Əksər xəstələrdə tam sağalma müşahidə edilir. Proloterapiya kəskin və xroniki diz ağrılarının müalicəsində istifadə edilən, nəticəni deyil səbəbi müalicə edən, diz problemlərində  tətbiq edilməsi lazım olan təbii və effektiv müalicə metodudur.

Müəllif: Sevinc Həmidova (https://hekimtap.az/)

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir