hamilelik bandaj

Doğulacaq uşağın cinsiyyətini necə müəyyən etmək olar?

Baxış sayı: 2. 090

Zəngin təcrübəyə malik olan mamaçalar müəyyən əla-mətlərlə ananın bətnindəki uşağın oğlan və ya qızlığını müəyyən edirlərmiş. Məsələn, hamilə qadının qarnının şişkinliyi yanlara yayılırsa deməli uşaq qızdır, əkər şişkinlik irəli (qabağa) doğru meyillidirsə oğlandır.
***
Əgər qadın hamilə olanda cinsi əlaqəyə girməyə çox meyl göstərirsə bu o deməkdir ki, bətnindəki qız uşağıdır, az meyllidirsə onda oğlan uşağıdır.
***
Mamaçalar hamilə qadının döşündən bir az süd sağıb onu boşqabın içindəki suya tökürlərmiş. Əgər süd qabın dibinə çökərsə deməli qıza hamilədir. ,Yox əgər süd suyun üstündə qalsa bətnindəki oğlandır.

***
Hamilə qadın qarnının ağarlığını sağ tərəfdə hiss edərsə bu o deməkdir ki, oğlan doğacaq. Çünki oğlan uşağı əsasən sağ tərəfdə yerləşməyə meyllidir.
***
Oğlana hamilə olan ananın sol döşünə nisbətən əvvəlcə sağ döşü böyüməyə, şişməyə başlayır.
***
Bətnində rüşeym olan qadınların qız və ya oğlan doğacaqlarını nəbz vurğuları ilə də müəyyən etmək olar. Əgər hamilə qadının nəbzi sağ tərəfdə (sola nisbətən) tez-tez vurursa deməli oğlan doğacaqdır.
***
Əgər hamilə qadının ayaqlarında tez-tez şiş əmələ gəlirsə bu onun əlamətidir ki, bətnindəki qızdır.
***
Qadın hamiləlik vaxtını düzgün bilirsə o bətnindəkinin oğlanlığı və ya qızlığını özü müəyyənləşdirə bilər . Çünki oğlan ana bətnində 3 aydan sonra, qız isə 4 aydan sonra tərpənməyə başlayır.
***
Əgər hamilə qadın bir şey götürmək istəyəndə sağ əlini uzadırsa yaxud bir qədər ayaq üstə dayanandan sonra hərəkət etməyə başlayanda əvvəlcə sağ ayağını atarsa bu əlamətlər ona dəlalət eləyir ki , ananın oğlu olacaqdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir