korpe

Doğumdan sonra ana-uşaq dialoqu – XANIMLARIN MENYUSUNA

Baxış sayı: 777

Doğumdan sonra qadınlarda psixoloji problemlərin olması təbiidir. Ancaq bəzi qadınlar bu dövrü çox asan keçirir və heç bir problemlə qarşılaşmadan uşaqları ilə normal ünsiyyət qururlar. Ancaq bu, bütün qadınlar üçün belə deyil. Bəzi qadınlar zahılıq dövrünü çox çətin keçirdikləri üçün bu dövrdə ciddi köməyə ehtiyac duyurlar. Üstəlik, onlar bu köməyi daha çox həyat yoldaşlarından gözləyirlər.

Ailem jurnali adlı şəxsin şəkli.

Bu dövrdə qadınların analığı tam mənası ilə hiss edə bilməmələri, hətta, öz uşaqlarını qəbul etməkdə çətinlik çəkmələri də təbiidir. Başqa bir səbəb isə qadınların bəzi fiziki şikayətlərlə bağlı rahat hərəkət edə bilməmələri və təbii olaraq, uşaqlarına vaxt ayırmaqda çətinlik çəkmələridir. Bəzi qadınlar isə bu dövrdə fiziki olaraq özlərini bəyənmir və bu da onların psixologiyasına mənfi təsir göstərir. Hətta, belə qadınlar arasında özlərini gücsüz hiss edən və bütün həyatlarının artıq uşağa baxmaq olduğunu düşünən qadınlar da var.

Təbii ki, bütün bunlarla yanaşı, qadınlar səbəblərini özlərinin də izah edə bilmədikləri bəzi psixoloji problemlər yaşayırlar. Ona görə də, analar bu problemlərin müvəqqəti olduğunu unutmamalı və mümkün qədər uşaqlarına daha çox vaxt ayırmalıdırlar.

KORPE

Üstəlik, bu cür addımlar təkcə uşaq üçün yox, ana üçün də çox vacibdir. Digər tərəfdən, analar öz uşaqlarına qarşı özlərini günahkar hiss etməməli və mövcud psixoloji vəziyyəti daha da ağırlaşdırmamalıdırlar. Bununla yanaşı, analar zahılıq dövründə mümkün qədər təmiz havadan istifadə etməli və tez-tez duş qəbul etməlidirlər.

Bəli, əziz analar! Unutmayın ki, uşağınızın sizə ehtiyacı olduğu qədər, sizin də uşağınıza ehtiyacınız var!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir