qadin

Doğuşdan sonra işə çıxan analara 7 tövsiyə

Baxış sayı: 169

Ana olduqdan sonra yenidən işə dönmək bəzən qorxunc görünür. Bu möhtəşəm kiçik varlıq artıq həyatınıza daxil olub və siz ona heç kimə olmadığı qədər bağlısınız. Üstəlik, az müddətdir birlikdə vaxt keçirmisiniz və artıq işə dönmək məcburiyyətində olduğunuz üçün ayrı qalacaqsınız. “Gencaile.az” Aile.lent.az-a istinadən bu ayrılığın öhdəsindən gəlmək üçün analara 7 məsləhət verir.

1. Mümkünsə iş saatlarınızı azaltmağa çalışın

Əvvəlki kimi çox və gərgin işləmək yerinə, daha az çalışın. Hətta mümkündürsə, iş saatlarınızı və günlərinizi azalda bilərsiniz. Bir digər variant isə təkrar işə çıxmazdan əvvəl periodik olaraq uşaqdan ayrı vaxt keçirin. Bu halda onu və özünüzü bu ayrılığa alışdırmış olarsınız.

2. Zəng edin və nə etdiyini öyrənin

Əgər gün ərzində nə etdiyi ilə bağlı narahatlıq keçiririsinizsə, hətta bu narahatlıq size işləməyə qoymursa zəng edib onunla maraqlana bilərsiniz. Bunda səhv heç bir şey yoxdur. Onunla kim maraqlanır maraqlansın, sizing bu addım pis yozulmaz, çünki siz bir anasınız.

3. Onu etibarlı insana əmanət etdiyinizi xatırlayın

Körpənizi baxıcıya və ya ananıza təslim etmisiniz. Yəqin ki, bu addımı yaxşıca düşündükdən sonra atmısınız. Elə isə rahat olun, siz yanında olmasanız belə, körpəniz lazımlı maraq və sevgini görəcək.

4. Fotolar

İşə qayıtmağınızın əyləncəli tərəflərindən biri də iş yoldaşlarınıza körpənizin fotoşəkillərini göstərməkdir. Fotoşəkillərlə birlikdə danışacağınız maraqlı hadisələr də əhvalınızı yüksəldəcək. Bundan başqa, uşağınızdan ötrü darıxdıqca baxa bilmək üçün bir neçə şəkli də çərçivəyə salıb masanıza qoymağı unutmayın.

5. Onu yaxın saatlarda görəcəyinizi yadınıza salın

Bir neçə saatdan sonra yenə yanında ola biləcəyinizi unutmayın. Əgər lazımdırsa, hətta saatları saya bilərsiniz, bunu heç kim sizə qəbahət bilməz. İş saatı bitdikdən sonra ən çox sevdiyiniz varlıq qollarınızın arasında olacaq və sizə gülümsəyəcək.

6. Nahar vaxtı

Əgər mümkündürsə, məsələn, iş yeriniz evinizə yaxındırsa, nahar vaxtını dəyərləndirib evə gedər, eyni zamanda uşağınızı da görmüş olarsınız. Və ya körpənizə baxan adam onu nahar vaxtı yanınıza gətirə bilər. Bununla da günorta aralarında körpənizi görmə şansınız olar. Əlbəttə bunu davamlı edə bilməsəniz də, fürsət tapdığınız zaman belə bir plan sayəsində uşağınızı bir neçə dəqiqə öpüb qucaqlamaqla günün qalan hissəsini rahat keçirərsiniz.

7. Ona bağlanmaq

Körpənizdən ötrü darıxmaq əlbəttə ki, çox təbiidir. Bunda narahat olacaq heç bir şey yoxdur. Məcbur olmasaydınız, işə tez dönməzdiniz. Zamanla çalışan ana olmağa alışasınız. Bir müddət sonra hər şey öz yoluna düşəcək. Hətta iş həyatınızın analığınızı nizama salmasına sevinəcəksiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir