dolma kababi

Dolma kababı belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 303

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə heç də hamıya tanış olmayan dolma kababının hazırlanmasından bəhs edəcəyik.

 

Tərkibi:

1-1,5 kq qiymə

500 q quyruq

soğan

duz

istiot

nanə

reyhan

keşniş toxumu

qara istiot

üyüdülmüş zirə

iç piyi – bükmək üçün

 et

Hazırlanması:

Əti bıçaqla xırdalayın – qiymə halına düşənədək. Quyruğu və soğanı da xırdalayın. Ədviyyatı zövqünüzə görə seçin, məsələn, nanə, reyhan, keşniş toxumu, qara istiot və zirə ilə dadlı olur. Qiyməni qarışdırın, amma lülə-kababdakı kimi çox yox.

yemek

İç piyini (pərdə) masanın üstünə sərin. Üstünə tənək yarpaqları düzün. Bir tərəfindən qiyməni qoyub rulet kimi bükün.

 

yarpaq

Ruletləri qida plyonkasına bükün. Çalışın, hamar alınsın, plyonkanın uclarını düyün. Hazır ruletləri təxminən 0 dərəcə Selsiyədək soyudun. Bıçaqla kəsilməli olanda 2-3 sm enində doğrayın, şişə taxın. Yaxşı donubsa, içinin qiyməsi tökülməməlidir. Manqalda bişirin. Süfrəyə sarımsaqlı qatıq və təzə göyərti ilə verin.

kolbasa

yemek

dolma kababi




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir