Dolma

Dolma turşusunu belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 882

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu dəfə sizə dolma turşusunu hazırlaması qaydasından bəhs edəcəyik.

 

Dolma turşusunun tərkibi:

Daş kələm 2 kq, kök 3-4 ədəd, çuğundur 2 ədəd, bolqar bibəri 3- 4 ədəd, acı bibər 2 ədəd, sarımsaq 1 baş, cəfəri 1 dəstə, quru nanə 2 x/q.

İçlik üçün duz 2 x/q, limon duzu 1 balon üçün 1 ç/q, dəfnə yarpağı, şüyüt çubuğu, üzüm sirkəsi.

 

Hazırlanma qaydası:

Əvvəlcə bütün ərzaqları yuyuruq, kələmin saplaq hissəsini kəsib çıxarırıq və yarpaqlarını ayırıb, bərk hissəsini isə turşuya hazırlanan içlik üçün doğrayırıq. Sonra qazanda su qaynadırıq və 2 dolu qaşıq duz tökürük. Kələmin yarpaqlarını qoyub pörtlədirik. Lakin yarpaqları dolma bişirmək üçün pörtlətdiyimiz qədər suda saxlamaq olmaz. Ərzaqların hamısını xırda doğrayırıq və bütün ərzaqları qaba yığıb üzərinə duz və quru nanə tökürük. Yaxşıca qarışdırıb bir neçə saat qarışımı kənarda saxlayırıq, sonra kələmə bükürük.

Bankaya əvvəlcə qara yumru istiot, dəfnə yarpağı, qurudulmuş şüyüd çubuğu qoyuruq və üzərindən hazırladığımız turşuları yerləşdiririk. İçlikdən çıxan suyu bankalara töküb üzərinə 1 st. üzüm sirkəsi əlavə edirik. Balonların üzərinə kimi su çıxması üçün yarım litir suya 1 x/q qaşıq duz və 2 ç/q limon duzu tökürük, qarışdırıb banka dolana kimi turşuya əlavə edirik.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir