DONDURMA

Dondurma faydalıdırmı? – EKSPERT RƏYİ

Baxış sayı: 402

Dondurmada faydalı bir şey varmı? Bu sual yəqin ki, bir çoxlarını düşündürür. Hansı ki, mövzu yay aylarında daha da aktual olur.

MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin rəhbəri, ailə həkimi, terapevt Nərminə Abbasovanın qənaətinə görə, təbii dondurma yalnız çox yüksək kalorili olduğu üçün zərərli ola bilər. Həkimlər qeyd ediblər ki, qaymaqlı dondurmanın 100 qramında kalori miqdarı 200-250 kilokalori təşkil edir.

Nermine Abbasova

100 qram dondurma gündəlik kalsium ehtiyacının 16 %-ni təşkil edir. Yəni, məlum olur ki, insan iki stəkan dadlı desert yeyə və gündəlik kalsiumun az qala yarısını ala bilər.

“Bu, sümüklər üçün faydalıdır, kalsium bədən tərəfindən sorulur və lazım olan yerə – sümüklərə gedir”, -deyə mütəxəssis bildirir.

Proqram çərçivəsində tamaşaçılar arasında onların fikrincə, hansı dondurmanın ən faydalı olması ilə bağlı sorğu keçirilib: inulin, protein və ya qaymaq. Televiziya tamaşaçıları zülal tərkibli dondurmanı ən sağlam hesab etdilər.

Proteinli dondurma zülal əlavə edilməklə hazırlanır, lakin süd deyil, tərəvəzlədir. Belə bir desert süd zülalına qarşı allergiyası olanlar tərəfindən rahat istehlak edilə bilər. Həkimlər onu da vurğulayıblar ki, şirniyyat almazdan əvvəl onların tərkibinə baxmaq və kalori miqdarını unutmamaq lazımdır.

İnulin dondurması diabet xəstələri üçün uyğundur və inanılmaz faydası var.

“Eyni zamanda, inulin prebiotikdir. Yəni bu, sadəcə bağırsaq mikroflorasına hədiyyədir”, – deyə Nərminə Abbasova fikirlərini yekunlaşdırdı.

Ümumilikdə həkimlər meyvəli dondurmadan istifadə etməməyi məsləhət görürlər. Çünki əksər hallarda onun tərkibində praktiki olaraq heç bir meyvə yoxdur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir