qrip

“Donuz qripi” xəstəliyi: fırıldaq, yoxsa həqiqi təhlükə?

Baxış sayı: 1. 351

“Donuz qripi” kimi adlanan A ( H1N1) virusu yenidən yayılıb. Məlumatlara görə, qonşu Gürcüstanda artıq iki nəfər bu virus nəticəsində həyatını itirib.

Öncə yada salaq ki, ötən illərdə də bu virusun dünyada yayılması ilə bağlı informasiyalar dolaşırdı. 2009-cu ildə məlumat yayılmışdı ki, dünyada “donuz qripi”nə yoluxanların sayı 6 min nəfərdən yuxarıdır.  Məlumatlar arasında o da bildirilirdi ki, əslində bu virus müxtəlif “siyasi qüvvələr” tərəfindən yaradılıb və dünyada insanların sayının azaldılmasına xidmət edir. Eyni zamanda virusun əslində bir fırıldaq olduğunu deyənlər də var. Bu fikrin müəllifləri hesab edirlər ki, dünyada müxtəlif növ qriplərdən hər il insan ölümləri baş verir. Bu ölümlər isə sadəcə olaraq, həmin insanların orqanizmlərindəki digər çatışmazlıqlarla bağlıdır…

Lakin bütün bunlarla yanaşı, bu da faktdır ki, Dünya Səhiyyə Nazirliyi 2009-cu ildə bu virusla bağlı SOS təbili çalıb. Belə ki, həmin ilin aprel ayında Meksikanın La-Qloriya kəndində beş yaşlı Edqar Ernandes adlı uşaq ağır qripə yoluxub. Ailəsi bunun adi qrip olduğunu güman etsə də az keçmədən Edqar dünyasını dəyişib. Təşvişə düşən həkimlər araşdırma apararaq, bunun adi virus olmadığını müəyyən ediblər. Az keçmədən virus dünyanın bir neçə ölkəsinə yayıldı ki, onlar arasında qardaş Türkiyə də vardı.  Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub ki, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada, Böyük Britaniya, Çili və Avstraliyada daha çoxdur.

donuz qripi ile ilgili görsel sonucu

Bəzi mənbələr isə virusun tarixini daha qədimə bağlayırlar. Belə ki, xarici mənbələrdə göstərilir ki, A ( H1N1) virusu ilk dəfə 1918-ci ilin aprelində İspaniyada meydana çıxıb. Həmin zaman virusa “ispan qripi” adı verilib və 10 ilə qədər bu virus qeyd etdiyimiz ölkədə canlar alıb.

“Donuz qripi”nin əsas  əlamətləri bunlardır: 39 dərəcədən yüksək olan hərarət, boğazda ağrı və öskürək, zökəm, baş və əzələ ağrıları, bəzən də qusma və ishal.

Həkimlər hesab edirlər ki, əslində A ( H1N1) virusunun əlamətləri adi qripdə olduğu kimidir. Bunu yalnız 39 dərəcədən yuxarı olan hərarətlə ayırd etmək olur. Tövsiyə olunur ki,  qripə yoluxma zamanı hərarət yüksələn zaman onu aspirinlə endirməyə çalışmaq lazım deyil. Çünki aspirin “donuz qripi”nin  inkişafına yardım edir.

Qeyd olunur ki, xəstəliyə tutulan şəxs 7 gün ərzində yoluxdurucudur. 7 gündən sonra infeksiyanın yayılma riski azalır, amma azyaşlı uşaqlarda virus həmişə aktiv olur, xəstəlik uzun müddət yoluxdurucu qala bilir.

Bu virusa tutulan şəxsin nə etməli olduğu barəsində də xarici mənbələrdə çoxsaylı məlumatlar yer alıb. İlk olaraq bildirilir ki,  A ( H1N1) virusuna yoluxan şəxs evdə yatmamalı, dərhal xəstəxanaya yerləşdirilməlidir. Çoxlu miqdarda maye qəbul etməli, xəstəyə və evdə olan digər şəxslərə maska taxılmalıdır. Xəstə şəxslə təmas zamanı gigiyenik qaydalara mütləq riayət edilməlidir. Ev şəraitində xəstəyə qulluq etmək üçün onu ayrıca otağa salmaq və ona qulluq zamanı birdəfəlik maskalardan istifadə etmək lazımdır. Maska 4 saatdan bir yenisi ilə əvəz edilməlidir. Xəstənin olduğu otağı təmiz saxlamaq, nəm əski ilə təmizləmək vacibdir.

“Donuz qrip”i zamanı insan zəifləyir, immun sistemi sıfıra düşür, ağciyərlərin iltihabı, pnevmaniya ağırlaşmaları olur. Ürəkləri zəif olan insanlarda ürəyin fəaliyyəti dayanır. Xəstənin virusa yoluxmasını yalnız laboratoriyada müəyyən etmək olur”.

Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanla sərhəd qonşusu olan Gürcüstanda artıq bu virusdan 2 nəfərin olduğu  bildirilir. Bəs ölkəmizə təhlükə varmı?

Səhiyyə Nazirliyindən ile ilgili görsel sonucu

Səhiyyə Nazirliyindən bildirilir ki,  sözügedən virusa yoluxmanın qarşısını almaq üçün lazımi tədbirlər həyata keçirilir. Məlumatda qeyd edilib ki, Respublika Sanitariya-Karantin Müfəttişliyi tərəfindən sərhəd-keçid məntəqələrində – vağzallarda, “Azərbaycan Hava Yolları”nda (AZAL) ölkəyə daxil olan fiziki şəxslər üzərində tibbi müayinə aparılır, o cümlədən məsafədən insan bədəninin hərarətini ölçən “Termovizor” aparatı vasitəsilə nəzarət edilir.

Ä°lgili resim

Dövlət Gömrük Komitəsi də  A (H1N1) virusu və digər yoluxucu xəstəliklərlə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir ki,  əhalinin sağlamlığının qorunması, insanlar üçün qlobal təhlükə törədən qrip, xüsusilə “donuz qripi” kimi tanınan A (H1N1) virusu və digər yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə də sərhəd gömrük-buraxılış məntəqələrində gömrük orqanları tərəfindən müvafiq iş aparılır: “Bununla əlaqədar, öskürək, halsızlıq, yüksək hərarət, yuxarı tənəffüs yollarının katarı, əzələ və oynaq ağrıları və s. simtomplarla özünü büruzə verən, xəstəliyi hava-damcı yolu ilə sağlam insanlara keçirə bilən fiziki şəxslərin müəyyənləşdirilməsi üçün məsafədən insan bədəninin hərarətinin ölçülməsində istifadə olunan cihazlar (termovizorlar) vasitəsilə termometriya, tibbi sorğu, vizual müayinə və digər üsullarla tibbi-sanitariya yoxlaması həyata keçirilir.

Xəstə və xəstəliyə şübhəli şəxslər aşkar edilərsə, onların müvəqqəti təcrid olunması üçün lazımi şərait yaradılıb və zəruri əşyalarla təchiz olunmuş yerlər müəyyən edilib.

Həmçinin xüsusi qoruyucu geyimlərdən istifadə etməklə nəqliyyat vasitələri üzərində dezinfeksiya tədbirləri də həyata keçirilir. Eyni zamanda fiziki şəxslərin hava nəqliyyatı vasitəsilə ölkəyə gəlişi zamanı, Mülki Aviasiya Təşkilatı tərəfindən qəbul edilmiş və ekipajın müvafiq üzvləri tərəfindən imzalanmış hava gəmisinin “baş bəyannaməsi” sənədinin tibbi-sanitariya hissəsinə uyğun olaraq, müvafiq tibbi-sanitariya nəzarəti məsələlərinə dair məlumatların gömrük orqanına təqdim olunması tələb edilir”.

 

Əli RAİS




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir