PEHRIZ

Dörd mərhələdən ibarət “dükan pəhrizi”

Baxış sayı: 3. 065

Fransız diyetoloqu Pyer Dükanın adı hazırda bütün dünyada məşhurdur. Onun müştəriləri arasında dünyaca məşhur Cennifer Lopes, Penelopa Kruz kimi məşhur ulduzlar var. Dükanın özünəməxsus xüsusiyyətləri olan pəhrizi 4 mərhələyə bölünür. İlk iki mərhələ arıqlayıb normal çəkiyə düşməyə kömək edir, üçüncü və dördüncü mərhələ  isə effekti möhkəmləndirməyə imkan verir. Beləliklə,  4 mərhələdən ibarət “Dükan pəhrizi”ni təqdim edirik.

Birinci mərhələ – Həmlə

Həmlə adlanan ilk mərhələdə zülalla zəngin ərzaqlarla qidalanmaq olar. Pəhrizin müddəti aşağıdakı kimi təyin olunur:

10-20 kq artıq çəkisi olanlar – 3-5 gün

20-30 kq artıq çəkisi olanlar – 5-7 gün

30 kq və daha artıq çəkisi olanlar – 5-10 gün

Bu mərhələdə pəhrizi 10 gündən daha artıq davam etdirmək olmaz.

Birgünlük menyu

Səhər yeməyi: 3 yumurtanın ağından hazırlanmış omlet, yağsızlaşdırılmış süd, bir paça balıq, çay və ya qəhvə.

Nahar: toyuq və ya mal əti-suda bişirilmiş, ya da göyərtili buğlama.

İkinci nahar: dəniz məhsulları, bir tikə pendir.

Şam: balıq, yağsız qatıq. Bu mərhələdə 1.5-4 kq çəki itirmək mümkündür.

İkinci mərhələ – Kruiz

Bu mərhələdə rasiona tərəvəzləri əlavə edə bilərsən. İstənilən az kalorili tərəvəz bişmiş və ya çiy  halda yeyilə bilər. Buraya tərkibindəki çox miqdarda karbohidrat olan tərəvəzlər (kartof, qarğıdalı, noxud və s.) daxil deyil. Mütləq kəpəkli undan hazırlanmış qidalar yemək lazımdır. Yeməyin miqdarı əsas deyil, əsas şərt hər 3-4 gündən bir zülal və karbohidratları növbələməkdir.  Arıqlama qədəri – həftədə 1 kq.

Üçüncü mərhələ – Möhkəmləndirmə

Bu mərhələdə tədricən pəhrizəqədərki normal qidalanmaya qayıtmaq əsasdır. Sadaladığımız digər mərhələlərdəki ərzaqlara çörək, makaron, kartof, düyü, bitki yağı, meyvə (üzüm və banandan başqa), şirniyyat əlavə olunur. Hər gün mütləq 2-3 xörək qaşığı yulaf kəpəyi və 3 çay qaşığı bal yeyilməlidir. Həftədə 1 gün sadəcə zülal günü olmalıdır.

Günlük təqribi menyu

Səhər yeməyi: 1 st. qatıq və ya 200 qr kəsmik, bir tikə bişmiş toyuq əti, soyutma yumurta, çay.

Nahar: az yağlı balıq, pörtlədilmiş tərəvəz, çay və qəhvə.

Şam: tərəvəz şorbası, qrildə ət.

Davamlılığı – 50-100 gün. Hər 10 gündən bir 1 kq çəki itirilir.

Dördüncü mərhələ – Stabilləşdirmə

Bu mərhələdə birinci mərhələnin ərzaqlarından istifadə olunur. Mərhələ 3 şərtdən ibarətdir:

– Həftədə bir gün zülal günü olmalıdır

– Gündə 3 x.q. yulaf kəpəyi yeyilməlidir

– Lifti pilləkənlə əvəz edib, piyada çox gəzmək lazımdır. Bu mərhələ üçün müddət limiti yoxdur.

Təqribi günlük  menyu

Səhər yeməyi: qatıq və ya bir tikə ağ pendir, soyutma yumurta, qəhvə və ya çay.

Nahar: yengəc çubuqları, toyuq paşteti, balıq. Desertə – qatıq və ya ağ pendir. Şam səhəryeməyində olduğu kimi.

Pəhrizin müsbətləri

– Digər pəhrizlərdən daha effektlidir

– Təhlükəsizdir, stressə səbəb olmur

– Aclıqdan əziyyət şəkməyə, kaloriləri hesablamağa ehtiyac yoxdur.

Pəhrizin mənfiləri

– Bahalı olduğu üçün bir çoxları üçün dəniz məhsulları əldə etmək çətindir

– Balanslaşdırılmış qidalanma vitamin və ya mikroelement azlığına səbəb ola bilər

– Vegeterianlar üçün deyil.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir