hekim

Dörd sualla həkim xəstənin həyatını xilas edə bilər, amma… – Nə mane olur?

Baxış sayı: 219

ÜST hesab edir ki, hər hansı bir həkim və ya tibb bacısı bir az diqqətli olsa və ya testləri öyrənmək əvəzinə xəstə ilə danışsalar, xəstəni gələcəkdə hipertoniya, şəkərli diabet, hətta xərçəng kimi bəlalardan xilas edə bilərlər.

“Gencaile.az” saytı “Publika.az” istinadən xəbər verir ki, ÜST-ün məlumatına görə, Avropada hər il təxminən 8 milyon insan bu xəstəliklərdən ölür. Qarşısını almaq olar, lakin həkimlər buna cəhd göstərmirlər:

“Həkimlər bilirlər ki, siqaret, spirtli içkilərdən istifadə, fiziki fəaliyyətin olmaması və qeyri-sağlam qidalanma sağlamlığı korlayan və xəstəliklərin yaranmasına səbəb olan əsas amillərdir. Həkimlər sağlamlığın əsas qaydalarını xəstələrinə nadir hallarda çatdırırlar. Həkimlərin sözləri isə çox təsirli vasitədir. Bu yaxınlarda apardığımız araşdırma göstərdi ki, ilkin səhiyyə işçilərinin sağlam pəhriz məsləhətləri rasionda meyvə, tərəvəz və lif miqdarını artırmağa və ümumi yağları azaltmağa kömək edir ki, bu da qanda xolesterinin səviyyəsini aşağı salır”, – Avropa Qeyri-infeksion Xəstəliklər Bürosundan doktor Kremlin Vikramasinqhe bildirib.

ÜST xəstəliklərin risklərini müəyyən etməyə kömək etmək üçün həkimlərə sorğu anketi və bu amillərin təsirini azaltmaq üçün dörd suallıq bir plan hazırlayıb.

* İlk siqaretinizi səhər oyandıqdan nə qədər sonra yandırırsınız?

* Həftədə neçə dəfə şirniyyat yeyirsiniz və ya şəkərli içkilər içirsiniz?

* Nə qədər tez-tez spirtli içki qəbul edirsiniz?

* Gündə nə qədər vaxtınızı oturaraq və ya uzanaraq keçirirsiniz?

Suallar insana ən azı nəyi səhv etdiyini düşünməyə kömək edəcək. Bəli, əsas risk faktorları dəyişmir. Artıq çəki, oturaq həyat tərzi, alkoqoldan sui-istifadə, qeyri-sağlam qidalanma və fiziki fəaliyyətin olmaması – bunlar ciddi xəstəliklərin inkişafı üçün ən pis beş riskdir. Və insanlar bu barədə bilirlər, amma düşünürlər ki, keçəcək. Həkimin sözü həlledici ola bilər. Ən azından ağ xalatlıların sözünə biganə yanaşmaq olmaz.

Əlbəttə ki, ÜST rəsmiləri, həkimlərin iş yükü problemini başa düşür və işarə edirlər ki, ölkələr səhiyyə sistemlərini hər hansı bir şəkildə yenidən təşkil etməli və yüngülləşdirməlidirlər ki, həkimlərin ətraflı danışmağa vaxtları olsun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir