ana sudu

Döş xərçəngindən qorunmaq üçün QIZIL MƏSLƏHƏT

Baxış sayı: 1. 639

Əmizdirmək niyə vacibdir?

Ana südünün süni qidalara nisbətən daha faydalı olduğu dəfələrlə sübut olunub. Körpə ana döşündən bədən temperaturunda, steril, təbii, həzmi asan olan bir qida qəbul edir. Ana südü həzm sistemi hələ formalaşmamış körpə üçün ən yaxşı qidadır.

Bəs əmizdirməyin başqa nə faydaları var?

– Ana ilə körpə arasında ruhi əlaqə güclənir.

– Ananın döş xərçəngi riski azalır.

– Ana üçün təbii sakitləşdirici təsiri var.

– Ananın doğuşdan qalan artıq çəkisini atmağı asanlaşdırır.

– Ananın uşaqlıq əzələlərinin sıxılmasıyla qanama və beləcə, dəmir əskikliyinə bağlı qansızlıq riski azalır.

– Vaxta və pula qənaətdir.

– Körpə daha tez böyüyür və immun sistemi daha güclü olur.

– Hər əmizdirmənin axırına yaxın gələn və körpənin tox qalmasını təmin edən son süd gələcəkdə köklük riskini aşağı salır.

– Allergik xəstəlik riski azalır.

– Anasının südünü əmən uşağın özünə inamı daha güclü olur.

– Ana südü əmən körpələr daha sakit olur.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir