yemeye ne var

“Dul arvad” şorbası belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 207

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə Türkiyə mətbəxindən bir nümunətəqdim edəcəyik. Adana mətbəxinin sevimli ləzzətlərindən biri olan “Dul Avrat Çorbası” paxlalılarla zəngin və dadlı qış şorbasıdır.

 

Lazım olan ərzaqlar:

1 stəkan doğranmış buğda

1 stəkan noxud (isladılmış)

2 stəkan əriştə

2 pomidor

1 stəkan mərcimək (1 gün əvvəldən isladılmış)

2 xörək qaşığı un

1 xörək qaşığı tomat

1 xörək qaşığı quru reyhan

1 çay qaşığı qara bibər

Duz

1 orta soğan (kiçik doğranmış)

1 çay qaşığı zeytun yağı

Hazırlanma qaydası:

Noxud və buğdanı bişirmək üçün 4 litr suyu qazanda qaynadın. Soğanları zeytun yağı ilə tavada qızardın. Bu vaxt qaynayan noxud və buğdaya mərcimək əlavə edib bişirin. Qızardılmış soğana pomidor əlavə edin. Pomidor yumşalanda, tomat və unu bir-birinin ardınca qarışdırın və qazandakı şorbaya əlavə edin. Şorbanın içərisindəki paxlalı məhsullar bişirildikdə, əriştə əlavə edin və qalan ədviyyatları da qatıb 10 dəqiqə daha qaynadın.

Nuş olsun!

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir