deniz

Dünya çimərliklərindəki ilginc dələduzlar və qadağalar

Baxış sayı: 1. 656

Hərdən bizə elə gəlir ki, dələduzlar ancaq bizim yan-yörəmizdədir, onlar ancaq bizi aldadır, ancaq bizlər ona tuş gəlir və zərər çəkirik… Əslində isə xüsusən yay günlərində, dünyanın məşhur istirahət mərkəzlərində insanlar dələduzların əlindən dad döyür. Onların o qədər ağılalmaz, atişləməz dələduzluq yolları var ki…

“Gencaile.az” dünya mətbuatına istinadən dünyanın müxtəlif ölkələrindəki istirahət mərkəzlərində turistləri tora salmaq istəyən dələduzlardan və onların dələduzluq hekayələrindən yazır. Diqqətlə oxuyun: çünki onları oxusanız, pulqabınızı sürətli şəkildə “arıqlamaqdan” xilas edə biləcəksiz.

Qulaq təmizləyənlər

Bu adamlara siz Hindistanda rast gələ bilərsiniz. Onlar sizi görən kimi “qulaqlarınızda dəhşətli bir çirk var və bu, olduqca təhlükəli ola bilər” deyirlər. Bundan sonra isə qulağınıza uzun bir çubuq salırlar. Daha öncədən hazırladıqları çirkli pambığı isə sizə nümayiş etdirəndən sonra etibarınızı qazanırlar. Sonra isə elə çimərliyin ortasında sizdən qulaq təmizliyi prosedurunu keçirməyə icazə istəyib, sonda 5 dollar alırlar.

Nə etməli: Təcrübəli turistlər deyirlər ki, qulaqtəmizləyənlər olduqca israrçı və zəhlətökən olurlar. Onlardan yaxa qurtarmaq olduqca çətin olduğu üçün 30 -50 sent verib, yaxa qurtarmaq yetərlidir.

Pulsuz massaj

Bu xidməti təklif edənlər isə daha çox Balidə insanların qarşısına çıxır. Günəş vannası qəbul etdiyiniz vaxt sizə bir qadın yaxınlaşacaq və massaj təklif edəcək. O, bu massajln yanında manikür, pedikürün də hədiyyə olduğunu anons verəcək. Günəşin şüaları altında məst olmuş siz isə təbii ki, razılaşacaqsız. Amma prosedurun sonunda tələb olunan məbləğ massajdan aldığınız bütün zövqü burnunuzdan gətirəcək. Çünki normal qiymətlərdən 5-6 qat artıq məbləğ tələb edəcəklər.

Nə etməli: Təslim olmayın. Çünki belə prosedurların sonu çox vaxt xəstəliklə yekunlaşır. Antisanitariya şərtləri altında həyata keçirilən bu prosedur sizin başınızı çox ağrıda bilər.

Qayiğa bilet

Bununla da Baliyə gedənlər qarşılaşa bilər. Əgər siz Lembonqan, Qili və ya Lomboka getmək istəsəniz, qayğıa bilet almaq zorundasız. Dələduzlar sizə ən yaxşı qayıq kampaniyası adından bilet satacaqlaar. Amma qayığın yanına gələndə məlum olacaq ki, siz çox qaranlıq adamlardan bilet almısız. Çünki sizə deyiləcək ki, ya qayıqlar dolub, ya da qayıqların texniki problemləri var.

Nə etməli: Biletin həqiqi qiymətini öyrənmək və ya əməkdaşlıq etdiyiniz turizm agentliyindən bilet sifariş etmək. Əks halda, siz cəmi birtərəfli gediş üçün ikiqat artıq qiymət ödəməli olacaqsınız.

Ağıllı qolbağılar

Bunlara isə Şərqi Avropanın əksər çimərliklərində rast gəlmək olar. Burada isə sizə yeni mühafizə xidməti təklif edəcəklər. Deyəcəklər ki, bu qolbağılar olduqca ağıllıdılar. Onu taxan uşaqlarınızın yerinə, təhlükəsizliyinə siqnallar sayəsində nəzarət edəcəksiniz. Yəni, uşaqlar bunu taxıblarsa, onlar dənizdə çox uzağa gedə bilməyəcəklər. Amma bu da dələduzluğun bir formasıdır. Çünki belə qolbağıların aksesuardan başqa heç bir funksiyası yoxdur.

Nə etməli: Belə təklifləri iqnora atmalı.

Çimərlik oğlanları

Onları isə Qambiyada görmək mümkündür. Kasıblığın hökm sürdüyü bu ölkədə gənc və yaraşıqlı oğlanlar qadın turistlərin qəlbini, sonra da pullarını fəth etməyə çalışırlar. Hətta onların bəziləri qadınları inandırmağa çalışırlar ki, mistik gücə malikdilər və qadınların bütün xəyallarını gerçəkləşdirməyə qadirdilər.

Nə etməli: Təbii ki, inanmamalı. Çünki bu gənclərin hər biri erkən yaşlarında evləniblər. Yeganə məqsədləri isə turistlərdən pul qoparmaqdır.

Pulsuz pendir məsələsi

Bu tip hadisələrlə isə Balidə, Phuketdə qarşılaşmaq mümkündür. İstirahət etdiyiniz yerdə gülərüz oğlanla qız sizə yaxınlaaşacaq və deyəcək ki, bu qədər adamın içində məhz siz şanslı seçilmisiz, reklam kampaniyası çərçivəsində mükafatı qazanmısız. Sizdən ancaq ofisə gedib, həmin hədiyyəni götürmək tələb olunacaq. Ofisdə sizə prezentasiya keçiriləcək və bunun əvəzində kiçicik bir məbləğ ödəməniz xahiş olunacaq. Sonra isə sizə faydasız bir müqavilə və vauçer (hədiyyə kartı, sertifikatlar) təqdim olunacaq. Və yüz faiz əmin olun ki, onlar sizin heç bir işinizə yaramayacaq.

Nə etməli: Təbii ki, dərhal imtina etməli. Tətilinizdən heç bir saat da olsun, bu dələduzlara vaxt ayırmayın.
Bu arada bəzi ölkələrin çimərliklərindəki ilginc qadağaları da yaddan çıxarmaq olmaz. Çünki bunlara riayət etməmək ciddi şəkildə cərimələr ödəmənizə səbəb ola bilər.

Bunlardan biri də qumdan qalalar düzəltmək.

Venesiyada, İspaniyada və Almaniyada bu qadağalar  var. Venesiya hakimiyyəti hesab edir ki, qumdan qalalar xilasedicilərin fəaliyyətinə mane olur. Bundan başqa, tətilçilər də dəniz mənzərəsi korlanır deyə şikayət edirlər. Ona görə də işdi, kiminsə uşağı qumdan qalalar düzəltmək istəsə, buna görə valideynləri 250 avro ödəməlidir.

Analoji qadağa İspaniya, Almaniya çimərliklərində də mövcuddur. Burada da qum qalalarının hündürlüyü 20 santimetrdən hündür olmamalıdır.

Duşda ancaq bədən yumaq olar

Bu qaydanı isə Mayorkada qoyublar. Əgər siz çimərlikdə quraşdırılmış duşda yuyunmaq istəyirsizsə, ancaq bədəninizi yuya bilərsiz. Burada meyvə, qab-qacaq, ayaqqabı yuyanlar 750 avro cərimə ödəməlidir.

Günəşin altında yer rezerv etdirmək olmaz

Bu qadağa isə İtaliyada mövcuddur. Bu ölkədə qumun üstündə dəsmal, stul, çətir… qoymaq və oranı rezerv etmək qadağandır. Buna görə 200 avro pul ödəmək lazımdır. Daha doğrusu, bu mənzərəni görən çimərlik işçiləri həmin əşyaları ordan götürür və qaytarmaq üçün 200 avro pul tələb edirlər. Bundan başqa, zərif cinsin nümayəndələri ancaq uzanıqlı halda bikinilərinin üstünü çıxara bilərlər. O vəziyyətdə ayağa durmaq və dənizdə üzmək qadağandır.

Pis qoxmaq olmaz

La-Qrand-Mott çimərliyində pis qoxumaq qadağandır. Bundan başqa, siz çimərlik ərazisinin xaricində çimərlik paltarında gəzməklə qanunu pozmuş sayılırsız. Siz ya geyinməli, ya da cəriməni ödəməlisiniz. Bu halda meriya sizə təsəlli hədiyyəsi verir – köynək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir