ad gunu

Dünya ölkələrində doğum günləri necə qeyd olunur?

Baxış sayı: 455

İlk ad günləri Misirdə qeyd olunmağa başlayıb. Tarixdən məlum olan ilk doğum günü yığıncağı Miladdan 3 min il əvvəl yaşamış bir Misir fironuna aiddir. Bu cür tədbirlərə ailə, dostlar, xidmətçilər, hətta kölələr də iştirak edirmişlər. Həmin günün şərəfinə həbsdə olanlara əfv qərarı çıxır, əsirlər sərbəst buraxılırmış. Hal-hazırda dünyanın bütün guşələrində ad günü haqlı olaraq hər bir  insan üçün çox şəxsi və vacib bayram hesab olunur. Ənənəvi olaraq səbəbkarı onun qohumları və yaxın insanları təbrik edir. Bir çox ölkələr də var ki, bu özəl günü özünəməxsus şəkildə qeyd edirlər, ya da ki heç etmirlər. Onda  bu yazıda dünya ölkələrində ad günlərinin necə qeyd edilməsi barəsində oxuduqlarınız maraqlı olacaq.

 

Vyetnam

Vyetnamlılar ad gününü heç bir xüsusi gün hesab etmirlər. Məhz buna görə onlar doğum günlərini  qeyd etmirlər. Çox maraqlıdır ki, vyetnamlılar üçün  hətta yubileylərə belə əhəmiyyət vermirlər.  Ölkənin bütün sakinləri öz doğum gününü Yeni İlinin qarşılanması zamanı qeyd edirlər. Hər bir vyetnamlı üçün  bu gün çox özəl olur, çünkü yaşının üstünə  bir ildə  gəlmiş olur.

fbd85d94165971243081107244410868769

Almaniya

Almaniyada çox maraqlı bir adət mövcudddur. Burada 30 yaşın qeyd edən cavan oğlanı xüsusi sürpriz gözləyir. Həmin gün ad gününü qeyd edən gənc bir çox sınaqlardan keçməlidir. Məsələn, o yaşadığı yerin əsas küçəsini süpürməli olur. Həmin oğlanın yaxın dostları onun tapşırığını daha da çətinləşdirmək üçün küçəyə əlavə zibil atırlar. Küçədən keçən hər hansı bir qadın ad günü olan oğlanı öpsə, beləliklə onu xilas edə bilər.

usaq

İrlandiya

Qədim ənənəyə görə, irlandlar uşaqlarının ad günündə onları alt-üst çevirib, bundan sonra yüngülcə onlar hiss etmədən başlarını yerə vururlar. Onların düşüncələrinə belə bir zərbə onları  mənfi enerjidən təmizləyir və  bütün bir il ərzində uşaqlarını bu pisliklərdən qorumuş olurlar.

 

Meksika

Meksikada ad günlərin əvəzolmaz atributu “pinyata” sayılır. “Pinyata” öz növbəsində heyvan və ya bir növ cizgi filmi personajı formasında hazırlanmış kağızdan oyuncaqdır. Bu kağız oyuncağın içərisini adətən şirniyyatlar, xırda oyuncaqlar ilə doldururlar. Adətə görə doğum günün qeyd edən uşaq gözləri yumulu şəkildə  “ pinata papier-mache”  adlı çubuq vasitəsi ilə həmin kağız oyuncağı qırmalıdır.

usaq

Kanada

Fala inanan kanadalılar övladlarının ad günündə övladlarının burnuna yağ sürtürlər. Bu proses səhər erkən, körpə hələ yatarkən edilməlidir. İnanclara görə, yağlı burun uşaqları il ərzində müxtəlif xəstəliklərdən və uğursuzluqlardan qoruyur.

danimarka

Danimarka

Danimarkalılar öz vətənpərvərliklərini ad günlərini qeyd edəndə belə mütləq nümayiş etdirməlidirlər. Burada  ad gününü qeyd edən insanın balkonunun pəncərəsindən bayraq asılır.  Beləliklə  hamıya bəlli olur ki, bayraq asılmış evdə yaşayan ev sahibinin həmin gün doğum günüdür. Danimarka krallığının bayrağının kiçik forması da ad günü tortunun üstündə mütləq mövcuddur.

 

Avstraliya

Avstraliyada ad gününü qeyd edən şəxsin, xüsusilə uşaqların ad gününü qeyd etmək üçün ənənəvi delikateslərdən sayılan elf çörəyi hazırlanır. Çox maraqlıdır asanlıqla hazırlanan bu şirniyyat, sadə şirin kökəyə bənzəyir və mütləq kərə yağı ilə yeyilməlidir.

un

Yamayka

İsti və rütubətli Yamayka iqlimini nəzərə alaraq,  burada ad gününü qeydedənlərin çox maraqlı bir əyləncəsi var. Onlar ad günlərini qeyd edərkən, bir-birlərinə un atırlar. Ad gününü qeyd edən şəxşə həmin gün müxtəlif şirniyyatlar və  hədiyyələr verilir.

 

Hollandiya

Hollandiyada nəinki valideynlər, həmçinin müəllimlər şagirdlərinin ad günlərini təmtəraqla qeyd edirlər.  Məsələn, ad günü qeyd edən  şagirdə kağızdan rəngli şlyapa hazırlayırlar. Ad günü olan uşaqlar evdən müxtəlif şirniyyatlar gətirib öz sinif yoldaşları ilə bölüşürlər.  Burada məhz 5, 10, 20 və  21 yaş  xüsusi təmtəraqla qeyd edilir.

 

Yaponiya

Yaponiyada özünəməxsus adətləri ilə seçilən ölkələr sırasına daxildir. Məsələn, burada ad günləri hər il keçirilmir. Burada əsasən  uşaqların 3, 5 və 7 yaşları bayram şəklində qeyd edilir.

Bu mərasim yaponlarda “Siti-Qo-San” adlandırılır. Ad günü olan uşağa həmin gün   xüsusi yeni geyimlər geyindirirlər. Ad günü bitdikdən sonra onlar mütləq məbədlərə ziyarətə gedirlər. Uşaqlara hədiyyələri isə adətə görə, yalnız yaşlı insanlar,  yəni ancaq 60, 70, 79, 88 və 99 yaşında olan insanlar gətirə bilər.

 

Braziliya

Braziliyada ənənəvi ad günü təbriki səbəbkarın  qulağının bir az dartılmasından  ibarətdir. Adətən  bu cür dartılmaların  sayı ad günü olan şəxsin yaşına  bərabər olmalıdır. Braziliyanın daha bir maraqlı   adətinə görə  ad günü tortunun ilk parçası səbəbkarın  özünə deyil, ona ən yaxın insana   verilməlidir. Adətən tortun ilk parçası hadisənin qəhrəmanının valideynlərindən birinə qismət olur. Braziliyada 15 yaşını qeyd edən qız həmin gün mütləq vals rəqsini oynamalıdır. Onun ilk tərəf müqabili atası və yaxud babası olmalıdır. Umumiyyətlə, qədim inanclara görə,  həmin gün 15 yaşı tamam olan qız 15 nəfərlə rəqs etməlidir.

cin

 Çin

Çinlilərin ənənəvi ad günü arzusu uzunömürlükdür.  Məhz buna görə onlara tort əvəzinə   uzun əriştə verilir. Bu əriştə nə qədər uzun olsa bir o qədər yaxşıdır, çünki çinlilərdə bu yemək uzunömürlüyü simvolizə edir. Qədim inanclara görə,ad gününü qeyd edən şəxs həmin əriştəni nə qədər çox çeynəyərsə, bir o qədər yaxşıdır.

 

Afrika

Ekvadorda 15 yaşını qeyd edən qıza atası tərəfindən çəhrayı paltar və onun ilk dikdaban ayaqqabıları alınır. Həmin gün qızcığaz atası ilə ilk rəqsini oynayır. Çox maraqlıdır ki, onlarla yanaşı həmin rəqsi 14 yeniyetmə oğlan və 14 qız oynayır. Beləliklə 15 yaşı tamam olan yeniyetmə qız həyatının yeni mərhələsinə addım atmış olur.

ad gunu 1

Kuba

Kubalılar bütün bayramları çox sevirlər. Onların  ad günləri mərasimləri isə bir başqa olur. Səs-küyü sevən bu insanlar həmin gün  çoxlu qonaqlar dəvət edərək, zəngin süfrə hazırlayırlar. Hər kəs bu gün rəngarəng bayram  libaslarını  geyinərək rəqs edir.

 

Aruba

Niderlanda məxsus olan ada dövləti Arubada ad gününü qeyd edən  uşaqlar sinif yoldaşları və müəllimi ilə  məktəbdə xüsusi sirop içirlər. Şagirdinin ad gününü təbrik etmək üçün müəllim ona hədiyyə olaraq  bir qələm, silgi və ya kart kimi simvolik bir hədiyyə verir. Doğum günü qeyd edən şagird həmin günü hər hansı bir paltar geyə bilər.

 

Nepal

Nepalda isə çox maraqlı doğum günü adəti mövcuddur. Belə ki, əlamətdar gündə  səbəbkarın alnına uğuru simvolizə edən xüsusi yoqurt sürtülür.  Onların düşüncələrinə görə, süddən hazırlanan bu təmiz ərzaq onların həyatına paklıq gətirmiş olur.

 

Samirə Tağıyeva

qadinlar




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir