festuval

Dünya ölkələrində keçirilən ən qəribə 7 festival

Baxış sayı: 835

Həyatınızda ən az bir dəfə festival ab-havasını duymalısınız. İnsanların bir neçə saatlıq da olsa əylənməsi, problemlərdən uzaqlaşması üçün festivallar əla imkan yaradır. Ölkəmizdə hər il müxtəlif festivallar keçirilir, amma bu siyahıda sizə təqdim edəcəyimiz festivallar dünya üzrə ən məşhur və qəribə olanlardır.

 

Holi — Hindistan

Baharın gəlişini təmsil edən Holidə insanlar bir-birlərinə rəngli tozlar atırlar. Buna görə də daha çox rəng festivalı olaraq tanınır. Qırmızı saflığı, yaşıl canlılığı, mavi sakitliyi, sarı isə dincliyi simvolizə edir. Rəng festivalları başqa ölkələrdə də keçirilir və maraqla qarşılanır.

Pomidor — İspaniya

120 ton pomidor istifadə olunan bu festivalda gördüyünüz kimi hər kəs qırmızıya boyanır.

Şərab savaşı — İspaniya

Bəli, şərab döyüşü. Səbəbi məlum olmasa da, insanları şərab atmaq onlara zövq verir. Hər il bu festivalda təxminən 500 litr şərab istifadə olunur.

Portağal savaşı — İtaliya

İspaniyadakı pomidor festivalına çox bənzəyir, tək fərqi budur ki, İtaliyada portağaldan istifadə edirlər. 250 ton portağalı məhv edirlər desək daha doğru olar.

Cascamorras — İspaniya

Yenə ispanların festival eşqi! Bu festivalı iki qəsəbə döyüşü kimi düşünə bilərsiniz. Qəsəbənin sakinləri öz üzərlərinə yağ çəkirlər. Təmiz qalan insanın müqəddəs olacağını düşünən bu qəsəbələr, təmiz olan birini görəndə üzərinə yumurta və yağ atırlar.

Chinchilla qarpız festivalı — Avstraliya

İnsanların meyvələrlə problemi nədir, bilmirik. Chinchilla festivalında qurban olan qaprızlardır. P.S Qarpızın giləmeyvə sayıldığından xəbərdarıq.

Yastıq döyüşü — Amerika

Ən zərərsiz festival budur. Bir gün hər kəs əlinə yastıqları alıb bir-birinə atır. Yastıqlar açılanda pambıqlar da tökülüb maraqlı mənzərə yaradır.

Yuxarıda adı çəkilən festivallar qeyd olunan ölkələrlə yanaşı, başqa ölkələrdə də keçirilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir