NUVE

Dünya tarixində ən təhlükəli eksperimentlər – FOTOLAR

Baxış sayı: 1. 608

Tarixboyu insanlar həyat üçün təhlükəli olan eksperimentlər həyata keçirməyə cəhd ediblər. Bu baxımdan elm və texnikanın sürətli inkişafı tədqiqatçıları bəşəriyyətin taleyinin bir tükdən asılı olmasına səbəb olan çoxsaylı eksperimentlər keçirməyə sövq etdi. Halbuki onların özləri də yaxşı bilirdilər ki, bu cür eksperimentlər istənilən an bəşəriyyəti məhvə apara, sivilizasiyanın sonunu yaxınlaşdıra bilər. Bununla belə eksperimentlər davam etdirildi və daha dəqiq desək davam etdirilməkdədir.

“Qəzəbli qasırğa” layihəsi

ABŞ-da elmi-texniki inkişafa xidmət edən, eyni zamanda olduqca təhlükəli hesab edilən eksperimentlərin keçirilməsi ənənə halını alıb. Bu müstəvidə də belə təhlükəli eksperimentlərdən biri ötən əsrin 40-cı illərinin sonlarında keçirildi. Bu eksperimentin təşəbbüskarı və layihə rəhbəri tanınmış alim İrvinq Lenqmyor idi. Lenqmyor qasırğanın gücünü azaltmaq və insan ölümünün qarşısını almaq üçün buz kristallarından istifadə etməyi təklif etdi. Onun tövsiyəsi əsasında qasırğa baş verən əraziyə havadan 80 kq buz kütələləri atıldı. Amma eksperiment əks nəticə verdi. Buz kristallarını bir andaca “udan” qasırğa dərhal istiqamətini dəyişərək Corciya ştatındakı Savanan şəhəri istiqamətinə yönəldi. Nəticədə qasırğa şəhərin böyük hissəsini dağıdaraq xaraba qoydu, insanlar arasında da qasırğa qurbanları oldu. Ona görə də qasırğaya “qəzəbli qasırğa” adı verildi. Bu eksperiment isə bir daha təkrarlanmadı.

Starfish Prime eksperimenti

ABŞ- da həyata keçirilən təhlükəli eksperimentlərdən biri də Starfish Prime adı verilən layihədir. Belə ki, 1962-ci il iyul ayının 9-da ABŞ nüvə silahını Yerin maqnit sahəsindən kənarda patlatdılar. Məqsəd Yerin maqnit sahəsinin istiqamətinin dəyişdirilməsi idi. Bu məqsədlə 1,4 meqaton trotildən istifadə edilmişdi. Eksperiment həyata keçiriləndən az sonra böyük həcmdə əmələ gələn maqnit impulsları Havay adalarında elektrik stansiyalarının sıradan çıxmasına və ya onların özbaşına fəaliyyətini dayandırmasına gətirib çıxardı. Buna paralel olaraq eksperiment nəticəsində Yerətrafı orbitdə olan kosmik gəmilərin bəzi elektrik sistemləri sıradan çıxdı. Həmin vaxt bəşəriyyət məhvin bir addımlığında idi. Ancaq xoş bir təsadüf nəticəsində bəşəriyyət, siviliasiya məhv olmaq təhlükəsindən xilas ola bildi. Yalnız bundan sonra ABŞ-da tədqiqatçılar anladılar ki, Yerin maqnit sahəsinin istiqamətinin dəyişdirilməsi məqsədinə xidmət edən eksperimentlər ABŞ-da daxil olmaqla bir andaca dünyanı məhv edə bilər. Bundan sonra onlar analoji eksperimenti təkrar etməyə br daha cəsarət edə bilmədilər.

Nüvə sınaqları

II Dünya müharibəsi zamanı həm Almaniyada, həm də SSRİ və ABŞ-da nüvə silahı əldə etmək üçün sınaqlar keçirilirdi. Müharibənin başa çatmasına yaxın, 1945-ci ilin mart-aprel aylarında Almaniya ilk atom bombasının əldə edilməsinin bir addımlığında idi. Amma müttəfiq qoşunlarının Almaniyanın ərazisinə daxil olması Hitlerə nüvə sınağını həyata keçirməyə imkan vermədi. Müharibənin sonlarında nüvə silahı üzərində işləyən alman mütəxəssislərini ələ keçirən ABŞ onların yardımı ilə qısa müddətdə atom bombasının yaradılması ilə bağlı ilk sınağını keçirdi. 1945-ci il iyul ayının 16-da Trinitidəki Alamaqordo poliqonunda keçirilən nüvə sınağının nəticələri olduqca dəhşətli idi. Nüvə sınağından sonra on kilmetrlərlə ərazidə bir canlı belə qalmamış, ətrafda nə varsa hamısı yanıb külə dönmüşdü. Üstəlik nüvə sınağından sonra radiasiya yüzlərlə kilometr məsafəyə yayılaraq on minlərlə insanda sağalmaz xəstəliklərin əmələ gəlməsinə səbəb olmuşdu.

1961-ci ildə SSRİ tərəfindən Novaya Zemlyada keçirilən və 58 meqaton gücdə olan Hidrogen bombasının sınaqları da olduqca təhlükəli oldu. Həmin vaxt hidrogen bombasının sınağından sonra Yeri kürəsinin taleyi bir tükdən asılı qalmışdı. Ancaq yenə də bəşəriyyət məhv olmaqdan son ada xilas ola bildi. Daha dəqiq desək Yer kürəsinin məhvinin qarşısını sanki son anda hansısa gözəgörünməz qüvvə aldı.

Adronom kollayder

Bəşəriyət üçün ən təhlükəli eksperimentlərdən iri də Adronom kollayderi ilə bağlıdır. Dünyanın müxtəlif ölkələrindən olan onlarla tanınmış tədqiqatçı alimin iştirakı ilə İsveçrədə yer altında keçirilən eksperimentdən məqsəd kainatın yaranmasına imkan verən böyük partlayışın minimum ölçüdə sınağının təkrarlanması idi. Yerin dərin qatlarında uzunluğu 27 kilometr olan dairəvi tuneldə həyata keçirilən və Adronom kollayderi adı verilən bu eksperiment günümüzdə davam etməkdədir. Ekperimentdə iştirak edən 10 min nəfərdən yuxarı məşhur alim onun fəaliyətini nəzarət altında saxlayır. Bəzi alimlərin fikrincə, eksperiment hansısa məqamda qara dəliklərin yaranmasına səbəb olaraq Yer kürəsinin məhvinə gətirib çıxaracaq. Buna baxmayaraq bu təhlükəli eksperiment üzərində işlər dayandırılmayıb…

 

Əziz Mustafa




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir