klinton

Dünya tarixinin ən səs-küylü yasaq sevgi macəraları

Baxış sayı: 1. 095

Bir neçə gün öncə xəbər verildi ki, “Lester Siti”nin prezidenti Viçay Şrivaddanaprabhanın helikopteri “Vest Hem”lə oyundan sonra stadiondan havaya qalxan zaman arenanın yanındakı maşın dayanacağına çırpılıb. Hadisə nəticəsində klubun prezidenti ilə yanaşı, daha 4 nəfər dünyasını dəyişmişdi.

Şrivaddanaprabha ailəli olsa da, bu gün onunla bağlı İngiltərə mətbuatında yeni xəbər çıxıb. Belə ki, 60 yaşlı tailandlı iş adamının helikopterində vəfat edən şəxslərdən biri Nursara Suknamay onun sevgilisi olub. Onların gizli eşq həyatı yaşadığı ortaya çıxıb. Suknamay həm də prezidentin köməkçisi kimi də fəaliyyət göstərib.

Bu məqamı əsas tutaraq, dünya tarixində məşhur sevgi qalmaqallarının siyahısını hazırlamışıq. Kim ürəyinə məğlub olduğu üçün karyerasını, gələcək həyatını riskə atıb? Siyahı xeyli zəngindir….

Monica Lewinsky Bill Clinton ile ilgili görsel sonucu

Bill Klinton xəyanətin simvolu olub

Ağ Evi silkələyən bir başqa yasaq sevgi qalmaqalı da prezident Bill Klintonun dövründə yaşanıb. Söhbət prezidentin Monika Levinski adlı “stajyor”la  yaşadığı yasaq eşq qalmaqalından gedir.  Arkanzas ştatının qubernatoru olduğu zaman da bir çox gənc qızla münasibət yaşaması ilə bağlı dedi-qodular yaranan Klinton prezident olandan sonra yaşadığı bu eşq dillərə dastan oldu. 1998-ci ildə ABŞ Konqresi Klintonu impiçment etmək istəyirdi. Amma bu qərar Senat tərəfindən qəbul edilmədi. Aldadılan həyat yoldaşı Hillari Klinton isə ərindən boşanmadı və daha sonra ABŞ-ın dövlət katibi oldu.

Zamanında ABŞ prezidenti Barak Obamanın məşhur müğənni Beyons ilə gizli eşq yaşadıqları iddiası ortaya atılıb. Həmin vaxt Obama ilə əlaqədar yayılan iddianın Fransa prezidenti Fransua Ollandın gizli eşq xəbərlərini kölgədə qoyacağı gözlənilirdi. Bu barədə fransız paparazzi müxbiri Paskal Rosta “Vaşinqton Post”un sabahkı nəşrində yayımlanacağını bildirib.

Vladimir Putinlə gimnast Alina Kabayeva ile ilgili görsel sonucu

Putinin gizli sevgisi dillərdən düşmür

Rusiya mətbuatında prezidenti Vladimir Putinlə gimnast Alina Kabayeva arasındakı gizli sevgi ilə bağlı məlumatlar gündəmdən düşmür. Müsahibələrinin birində Putinin artıq evlənmək istədiyini deməsi məsələni yenidən gündəmə gətirib. Bəzi iddialara görə, Putin tezliklə sevgilisi Kabayeva ilə evlənəcək. Digərləri isə prezidentin özündən 35 yaş kiçik sevgilisi ilə bir müddət bundan əvvəl gizli şəkildə artıq evləndiyini iddia edir. Yayılan söz-söhbətə görə, 2013-cü ildə Putin 31 illik arvadından məhz Kabayevaya görə boşanıb. Hətta onların sevgi macərasından iki uşaqları da olduğu bildirilir.

Trayan Beseskunun turizm naziri Elena Udrea ile ilgili görsel sonucu

Prezidentin nazir sevgilisi – qalmaqalların ən böyüyü

Rumıniya prezidenti Trayan Besesku bu seçimində fərqlənir. Prezident Trayan Beseskunun turizm naziri Elena Udrea ilə gizli eşq yaşadığı iddia edilir. Elenanın sürətlə, həm də asanlıqla  nazir vəzifəsinə qədər yüksəlməsinin arxasında da  bu sevginin ciddi təsirinin olduğu söylənilir.

Vaxtilə dünya mətbuatının gündəmini özünə yaxın olan gənc qadınları siyasətə gətirən İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni zəbt edərdi. Hətta belə demək mümkünsə, şorgözlüyü səbəbindən Berluskonini həyat yoldaşı da tərk edib. İndi isə siyasətdə bir başqa eşq skandalı Rumıniyada partlayıb. Bu ölkənin rəhbərinin könlünü gözəl bir nazir fəth edibmiş. Təsadüfi deyil ki, Rumıniya prezidentini Avropanın yeni eşqbazı adlandırırlar.

Evli və iki qız atası olan Rumıniya prezidentinin ölkənin son illərdəki ən gözəgəlimli siyasətçisi, 41 yaşındakı Udrea ilə eşq yaşadığı dedi-qoduları uzun zamandır söylənilirdi. Keçmiş bir vəkil olan və 2004-cü ildə yerli seçkilərdə siyasətə atılan Udrea siyasət pillələrini sürətlə qalxaraq əvvəlcə dövlət başçısının məsləhətçi, millət vəkili və son olaraq da nazir olub. Rumıniya  mətbuatının yazdığına görə, bu sürətli yüksəlişin arxasında Beseskunun dəstəyi olub.

Dekolte paltarları, mətbuatın qarşısındakı rahat rəftarları və jurnallara verdiyi pozalarla tanınan Udrea Rumıniya prezidentinin Avropa Parlamentindəki müstəqil millət vəkili olan qızının da yaxın rəfiqələrindən biridir. Elana Besescu “Atanızın eşq dedi-qodusu haqqında nələr düşünürsünüz” sualına “Atamın çox yaxın dostu və iş yoldaşıdır. Aralarındakı əlaqə tamamilə professionaldır”, –  deyə cavab verib.

Elana Udrea təkcə prezidentlə eşq macərasına görə deyil, şəxsi keyfiyyətləri ilə də tez-tez qalmaqallı hadisələrin episentrində olub. Onu daha nələrdə günahlandırmayıblar – pal-paltarı kifayət qədər bahalıdır, böyük çantalar gəzdirməyi xoşlayır və s. “Tabu” jurnalında Elena güclü, cəlbedici qadınlar – Kleopatra, Jaklin Kennedi, Marqaret Tetçer və Madonna ilə müqayisə olunub.

Yelisey sarayı xəyanəti ile ilgili görsel sonucu

Yelisey sarayı xəyanəti bağışlamır

Yelisey sarayında ilk bu qəbildən olan qalmaqal 19-cu əsrin sonunda baş verib. Prezident Feliks For (1895-ci ildən 1899-cu ilə qədər) sevgilisi Marqerit Stenelin qucağında dünyasını dəyişib. Şayiələrə görə, afrodoziak “peredozirovkası” prezidentin axırına çıxıbmış. Amma bu günə qədər bir nəfər də olsun özündən deyən tarixçi ən məşhur fransız prezident Şarl de Qollun sevgilisini aşkar etməyib. Amma Fransada 1974-cü ildən 1981-ci ilə qədər prezident olmuş Valeri Jistar dEsten tez-tez tanınmış fransız aktrisaların əhatəsində olub. 5-ci respublikanın üçüncü prezidenti heç zaman erotik film “Emmanuel”in baş rol ifaçısı Silviya Kristellə olan sevgi hekayəsini gizlətməyə lüzum görməyib. Amma bu, onun yeganə sevgilisi olmayıb. Aktrisa Marlen Jober bizim tamaşaçılara bəlli deyil. Baxmayaraq ki, məşhur filmlərdə çəkilib və bir dəfə prezidentin limuzininin sükanı arxasında olub. Prezident onunla yanaşı oturub və bu, fotoların yaddaşında öz əksini tapıb.

“Mən respublikanın prezidenti olarkən 17 milyon fransız qadına vurulmuşam”, – Jiskar Desten müsahibələrinin birində deyib. “Mən onları kütlə arasında görəndə onlar bunu hiss etdilər, sonra mənim lehimə səs verdilər”. Yataq və siyasət Fransada bir-biri ilə o qədər sıx bağlıdır ki, artıq 4 prezident dalbadal dövlət başçısı postuna nail olan kimi şəxsi həyatlarında bir-birilərinə qalib gəlmək uğrunda mübarizəyə qoşulublar.

Jiskar Estenin çıx ehtiraslı sevgilisi Silviya Kristel olub, o, daha çox “Emmanuel” erotik filminin qəhrəmanı kimi tanınıb. Onların sevgi romanı Jiskar Esten Yelisey sarayının sahibi olmazdan əvvəl başlayıb. Amma nə seçkidəki qələbə, nə də qanuni arvadının dünyaya gətirdiyi dördüncü uşaq onların münasibətlərini dəyişib. Prezidentin Emmanuellə romanından hamı xəbərdar olub. Silvia tez-tez rəsmi qəbulların sahibi rolunda çıxış edib və özünün havadarını xarici səfərlər zamanı müşayiət edib. Amma baxmayaraq ki, nə aktrisa, nə də dövlət başçısı bir-birinə sədaqətli olmasalar da, davam edib.

Fransua Mitteranı isə heç yaddan çıxarmayaq. 1981-ci ildən 1995-ci ilə qədər Fransa prezidenti olmuş bu şəxs nəinki aktrisaları, heç nazir portfelindəki şəxsləri də boş buraxmazdı. O, eyni zamanda müğənni Dalidanın və aktrisa Anna Jirardonun sevgilisi olmaqla yanaşı, rəsmi ər statusunda da olub. Kənarda ailəsi və uşaqları olub. İncəsənət eksperti və iri muzey işçisi Ann Penjo onunla uzun illər yaşayıb və qızı Mazarini dünyaya gətirib.

Mitterandan sonra prezidentlik vəzifəsini icra edən Jak Şirakın hekayələri də balaca deyil. 1995-ci ildən 2007-ci ilə qədər prezident olmuş bu şəxs sələflərindən geri qalmayıb. Heç vaxt sevgi hekayələrini “əlinə və üzünə” bulaşdırmayıb. Əksinə, dildən-dilə dolaşan sevgi macəralarına görə xeyli hörmət və lətifə də qazanıb. Ən məşhur lətifələrdən biri isə odur ki, onun qadınlarla keçirdiyi vaxt hər zaman bol olub. Ən pis halda üç dəqiqəni keçməyib. Onunla dünya kinosunun ulduzu Kladia Kardinal da xeyli şöhrət qazanıb.

Jak Şirak da şorgöz fransız siyasətçilərdən sayılırdı. Yelisey tərəfindən dəlillər yox edilməyə çalışılsa da, jurnalistlər onun gizli sevgi hekayələrinin izini hər zaman tapıblar. 1995-ci ildə vəzifəyə gələn Şirakın adı öz ölkəsində “odlu dovşan”a, “duş daxil olmaqla üç dəqiqə” söhbətləri ilə xatırlanır və karikaturalara da mövzu olmuşdu. Onun jurnalistlərlə, fotoqraflarla və hətta Klaudia Kardinal kimi məşhur aktrisalarla belə yasaq sevgi yaşadığı iddia edilirdi. Onun bu imici və həyatındakı qarışıqlıq karyerasına da təsir etdi, arvadı ilə ayrılma həddinə çatdı.

Fransua Olland Culie Qeyt ile ilgili görsel sonucu

Fransua Olland sevgilisinin birini atıb, digərini tapıb

2014-cü ildə xəbər yayıldı ki, Fransa prezidenti Fransua Ollandın 2006-cı ildən bu yana birlikdə yaşadığı sevgilisi Valeri Trerveylerdən ayrılandan sonra aktrisa Culie Qeyt ilə münasibətlərə başlayıb. “Klozer” jurnalı Fransa prezidenti Ollandla aktrisa Culie Qeytin son altı aydır gizli eşq yaşadığını yazıb. Jurnalda bildirilir ki, Olland ilə 41 yaşlı aktrisa Parisdə prezident sarayı yaxınlığındakı bir mənzilin dördüncü mərtəbəsində, aktrisanın rəfiqələrinə aid bir evdə gizlicə görüşür.

Dəniz Baykalı bitirən kaset ile ilgili görsel sonucu

Dəniz Baykalı bitirən kaset

2010-cu il mayın 7-sində CHP-nin millət vəkili Nəsrin Baytok və CHP-nin sədri Dəniz Baykalın seks videosu olduğu iddia edilən görüntülər internetdə yayımlanmışdı. Nəticədə Dəniz Baykal partiyanın sədrliyindən istefa verib, bundan sonra videonu araşdırmaq üçün Beynəlxalq Kriminal Bürosuna göndərib. Büro isə analizlərdən sonra videonu montaj hesab etmişdi.

Con Kennedi ilə əfsanəvi aktrisa Merlin Monro ile ilgili görsel sonucu

Daha bir prezident-aktrisa sevgisi

Keçmiş ABŞ prezidenti Con Kennedi ilə əfsanəvi aktrisa Merilin Monro arasındakı münasibətlər isə dastana çevrilib. Onlar 1960-cı ildə, Kennedi hələ prezidentliyə namizəd olanda, Taxo gölü yaxınlığındakı istirahət guşəsində tanış olublar. Münasibətləri isə 1961-ci ilin oktyabrından, Kennedi prezident olandan sonra başlanıb. İlk dəfə Sanra Monika şəhərində baş tutan görüş ilk baxışda rəsmi görüş təəssüratı yaradırdı. Aktrisa ancaq rəsmi dəvətlərə qatılırdı. Amma gizli görüşlər barədə FTB xəfiyyələri memuarlar yazırdı. Çoxları hesab edir ki, bu roman Monro üçün faciəvi sonluqla bitdi, çünki o, çox şey bilirdi. 1962-ci ilin 4 avqustunda öz mənzilində ölü tapılan Merilin barədə daha bir ilginc detal isə yazılan memuarlardan birində belə qeyd edilib: “Şayiələr gəzirdi ki, FTB-nin direktoru Quver bu münasibətə görə başını itirmişdi. O, Merilin Monronun bütün sutka ərzində izlənməsi barədə göstəriş vermişdi. Quver hesab edirdi ki, Merilin kimi alkoqolik və dayaz ağıllı birinin Kennedi ilə yaxınlığı Amerikanın təhlükəsizliyinə zərbə ola bilər”.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir