qadin

Dünya ulduzları gözəl görünmək üçün nə edir?

Baxış sayı: 138

Supermodel və “Kora Organics” təbii kosmetika markasının sahibi Miranda Kerr gözəlliyini hind qozu yağından maska, avokado və nizamlı yuxuya borcludur.


Ancelina Coli gün ərzində minimum iki litr qazsız su içir. Su toksinlərin orqanizmdən xaric olunması, dərinin nəmlənməsi və yüngüllüyünü təmin edir.

Viktoriya Bekhem avokado maskasının və ev şəraitində spa prosedurun pərəstişkarıdır. Eks “Spice girls” əlləri üçün də maska edir. “Əllərimə qidalandırıcı krem çəkəndən sonra xüsusi əlcəklər geyinib yatıram” – deyə, dizayner etiraf edir.


Bar Rafaeli hər gün üzünü mineral suyla yumaqla, dərisinin parlaq olmasına nail olub.


Problemli dərisi olan Kemeron Diazın şəxsi kosmetoloqunun sözlərinə görə, aktrisa üzünü quru südlə təmizləyir. Bu, dərinin eksfoliasiyası üçün əla vasitədir.


Cenifer Eniston vazelinin pərəstişkarıdır. Eniston onu kirpiklərinə çəkir. “Vazelin kirpiklərimi daha möhkəm və gözəl edib” – deyə, aktrisa bildirir. Ketrin Zeta-Cons bal maskasından istifadə edir. O, qeyd edir ki, bal maskaları dəriyə qulluq üçün əla vasitəsidir və onu olduqca yumşaq edir.

Meqan Foks bədənini alma sirkəsiylə təmizləyir. Yeməkdən əvvəl bir stəkan suya qarışdırılan 2 qaşıq alma sirkəsi bədəni zərərli toksinlərdən təmizləyir və maddələr mübadiləsini sürətləndirir.

(buro247)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir