dunya

Dünya xalqlarının pul ilə bağlı maraqlı vərdişləri

Baxış sayı: 1. 611

Hər kəsə aydın ki, dünyanın müxtəlif xalqları özünəməxsus adət-ənənə və eyni zamanda müxtəlif vərdişlərə sahibdirlər. Gündəlik həyatımızın ayrılmaz hissəsi olan pullar da müxtəlif ölkələrdə müxtəlif vərdişlərin əsas amili rolunu da oynaya bilər.

“Gencaile.az” saytı dünyanın müxtəlif ölkələrində pul ilə bağlı mövcud olan ən maraqlı vərdişləri təqdim edir.

 

İtaliya

Heç kimə sirr deyil ki, italyan kişilər öz analarına çox bağlıdırlar. İtalyan analar da uzun illər boyunca öz oğlanlarının qayğısına qalmağa hazırdırlar. Lakin bu anaların oğlan övladları tərəfindən eşitmək istəmədikləri bir cümlə var ki, o da italy__mgn_flag_collection_2013_by_garyckarntzen-d5u88a2oğlanlarının onlardan borc istəməsidir. Təəccüblüdür ki, oğul ali təhsil haqqını ödəyə bilməmək kimi həyati vacib məsələlər və problemlər ilə qarşılaşdıqda belə anaları bu cümləni deyə bilər: “Onun təhsil haqqını ödəmək üçün pulu yoxdur, amma mən onun əvəzinə ödəniş edə bilmərəm!”. Və oğul bu səbəbdən ömrünün sonuna kimi fəhlə işləməyə məcbur ola bilər. Düzdür, bütün italyan analar bunu etməsələr də, bir çoxları məhz övladlarına borc pul verməkdən imtina edir.

Almaniya

Almanlar uşaqlarını erkən yaşlarından maliyyə dünyası ilə tanış etməyə başlayırlar. Məsələn, artıq uşağın 5 yaşından valideynləri ona həftədə yarım avro verə və ona konfet və yaxud əyləncələrin qiymətinin nə qədər olduğunu izah edə bilərlər. Uşaq isə mütəmadi olaraq bəyəndiyi əşyanı əldə etmək üçün pul yığmağa başlayır və tələb olunan məbləğ tamam olduqda valideynləri onu mağazaya aparır. Beləliklə, uşaq erkən yaşlarından “ya sənin pulun var, ya da qarşılığında aldığın əşyan” anlayışını dərk etməyə başlayır.DN5iNWE

Bəzi valideynlər isə övladlarına vergiləri ödəməyin mütləq olduğunu izah edr. Məsələn, onların cib xərcliyinin müəyyən hissəsini onlardan alırlar (orta hədlə alman məktəblilər həftədə valideynlərindən 5-20 avro əldə edirlər).

Almanlar özlərinin qənaət bacarığı və pullara qarşı sevgiləri ilə məşhurdurlar. Onlar hətta evlərinin önündəki ot örtüyünü şlanq suyu ilə sulamır və bu məqsəd üçün iri həcmli açıq çənlərə sahibdirlər. Yağış yağdıqda bu çənlər dolur və almanlar otu sulamaq üçün məhz bu sudan istifadə edir. Bir almana qonaq getməyə hazırlaşırsınızsa nə hədiyyə almaq barədə çox düşünməyə ehtiyac yoxdur. Bu zaman onlar tərəfindən ən xoş qarşılanan hədiyyə pul və yaxud hədiyyə pul sertifikatı olacaq. Yeri gəlmişkən, Almaniyada tez-tez banknotlardan ibarət olan “pul ağacı” hədiyyə edirlər.

 

Birləşmiş Ərəb Əmirlikləri

BƏƏ-də qanunvericiliyə əsasən şirkətin rəhbəri əmirliyin vətəndaşı olan ərəb bir şəxs olmadan biznes yaratmaq mümkün deyil. Sizə asanlıqla lisenziya verməyəcəklər. Təəssüflər olsun ki, bu bir çox hallarda mənfi nəticələr ilə yekunlaşır. Belə ki, ərəb olan icraçı direktor adətən böyük pullar əldə edir və bunun qarşılığında demək olar ki, heç nə etmir. Bundan əlavə, istənilən şirkət yerli əhalidən ibarət olan əməkdaş faizinə sahib olmalıdır. Bəzən bu fakt özü əlavə çətinliklər yaradır. Çünki əhali lazımi sayda kadr təqdim edə bilmir. Bəzi ərəblərin ümumiyyətlə işləməyə ehtiyacları belə yoxdur. Burada hər bir kişi aylıq 2 min dollar müavinət əldə edir. BƏƏ-də doğulmuş uşaq isə dövlət hesabına dünyanın istənilən universitetində təhsil almaq şansına sahibdir.20_19359

Yeri gəlmişkən, Dubayda vergi ödəmək lazım deyil. Məhz buna görə bir çox milyonçular bizneslərini məhz burada qurur və pullarını burada saxlayır.

Ərəbsayağı boşanma çətin iqtisadi prosesdir. Boşanma prosesini başlamaq üçün kişi 3 dəfə “Səndən boşanıram” cümləsini təkrarlaması kifayətdir. Bundan sonra qadın yalnızca üzərində həmin an olan geyim və varsa zinət əşyaları ilə evi tərk etməlidir. Ərəb qadınlarının daim üzərlərində çox sayda zinət əşyaları daşımasının əsl səbəbi yəqin ki budur. Bu ənənəvi prosedurdan sonra rəsmi boşanma prosesi başlayır və bu zaman qadın təzminat qismində ərinin sərvətinin dörddə bir hissəsini tələb edə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir