pul

Dünyada ən bahalı kimyəvi maddələr – QIZIL 10-luq – FOTOLAR

Baxış sayı: 171

Dünyada çox insanı hansı məhsulların daha baha olması maraqlandırır. Siz necə düşünürsüz? Minik avtomobilləri? Şəxsi təyyarə?

Bahalı mallar barədə düşünəndə, insanın ilk əvvəl ağlına gələn bunlardır. Amma sizdən ən bahalı maye adı soruşsalar, nə cavab verərdiniz? Çoxunuz yəqin ki, bunu həyatın ən vacib elementi olan su olduğunu deyəcək. Həqiqətən də, insan həyatı üçün su çox vacib elementdir. Lakin maddi baxımdan su bahalı deyil. Bəziləri bunun spirt olduğunu düşünürlər. Bu da səhv fikirdir.

“Gencaile.az” dünyada ən bahalı 10 kimyəvi maddənin siyahısını təqdim edir:

 

İnsan qanı – dünyada ən bahalı maye insan qanıdır. Hətta insan qanı kimyəvi tərkibinə görə bir-birindən fərqlənirlər. Kimyəvi tərkibinə görə, ən nadir insan qanı növləri var. Bu qan növü təbiətdə çox nadir hallarda tapılır və heç bir maddə ilə əvəz edilə bilmir.

Qamma hidroksid turşusu – bu turşu təbii maddələrdən əldə olunur. İnsan bədənində sinir sisteminə qan vasitəsilə ifraz olunur. Həmin maddə insan üçün çox önəmlidir. Onu həm də suya qatılmış halda əldə etmək mümkündür.

Printer üçün qara mürəkkəb – bu kimyəvi məhsuldan iş adamları qazanc məqsədilə istifadə edirlər. Həmin kimyəvi maddə əsasən bərk halda istehsal olunur. Onu su və kislota ilə qarışdırdıqda mürəkkəb alınır. Bəzi işbazlar çox qazanmaq üçün printerin özünü ucuz satırlar. Lakin onun içərisini doldurmaq üçün istifadə edilən mürəkkəbdən çox qazanmaq olur.

Civə – bu dünyada yeganə metaldır ki, otaq tempraturunda maye halına düşür. Əvvəllər ondan tibbdə istifadə edirdilər. Lakin sonradan məlum oldu ki, civə buxarlandıqda zəhərli qaza çevrilir və insanı öldürə bilər. İndi civə qeyri-bioloji sahəsində istifadə olunur. Xüsusi fluoressensiya lampalarının hazırlanmasında civədən istifadə edilir.

İnsulin – insan orqanizmi üçün ən vacib maddələrdən biridir. İnsulin qandakı bir çox qida maddəsiylə yanaşı, xüsusilə qlükozanın qandan qaraciyər və əzələ kimi toxumalara keçməsini tənzimləyən zülal hormonudur. Şəkərli diabet xəstəliyinin müalicəsində geniş istifadə olunur.

Şanel (Chanel №5) brendli ətir – 1921-ci ildə ətriyyatçı Ernest Bo tərəfindən yaradılıb. 1922-ci ildən istehsal olunmağa başlanılıb. Tərkibində olan yağlar və kimyəvi maddələr onun qoxusunu uzun müddət özündə saxlamağa imkan verir.

Xərçəng qanı – bu maddədən tibbdə istifadə edirlər. Xərçəng qanı çox bahalı və nadir tapılır. Onu xərçəngdən xüsusi üsul ilə götürürlər.

LCD – bu kimyəvi maddə 70-80-ci illərdə çox populyar narkotik maddə kimi istifadə edilirdi. Çox bahalı maddədir.

Kobra ilanının zəhəri – taclı kobralardan alınan zəhər çox bahalı maddə sayılır. Taclı kobralar yer üzündə ən zəhərli ilan növlərindəndir. Bu zəhər növlərindən tibbdə geniş istifadə edilir. Əsasən güclü ağrıkəsici dərmanların hazırlanmasında və zəhərlənməyə qarşı pan-zəhər kimi istifadə edirlər.

Əqrəb zəhəri – təbiətdə çox az növ əqrəblər zəhər ifraz edirlər. Bu zəhər insan üçün çox təhlükəlidir. Dünyada ən bahalı kimyəvi maddə sayılır. Bu zəhərdən dərman hazırlanmasında istifadə edilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir