fotolar

Dünyada ən çox izlənilən FOTOLAR

Baxış sayı: 1. 626

Həyatda bəzən elə anlar kameralara düşür ki, onlar təkcə hər hansı maraqlı məqamı əks etdirmir, həm də böyük məna, məzmun kəsb edir.

“Gencaile.az” Publika.az-a  istinadən dünyanın ayrı-ayrı yerlərində, müxtəlif vaxtlarda çəkilmiş ən gözəl fotoları təqdim edir:

İtalyan müəllim Antonio la Klava üçtəkərli kiçik yük avtomobili alaraq onu uşaq kitabxanası ilə təchiz edib. Avtomobil-kitabxana ilə ölkənin hər yerini gəzən müəllim uşaqlarda kitablara maraq yaratmağa çalışır. Sayı mindən çox olan kitablar onun özünə məxsusdur. Antonio la Klavanın hər bir yaşayış yerinə gedişi böyük maraqla qarşılanır.

 

Norveç: bu iki oğlanın suya düşmüş qoyunu xilas etməsi həm ölkə mətbuatında, həm də sosial şəbəkələrdə böyük marağa səbəb olub.

 

Misirdə xristianlar ibadət edən müsəlmanları, habelə müsəlmanlar xristianları dövrəyə alaraq ibadət etmələrinə kömək edir.

 

Tailandda ayağının birini itirmiş filə yeni protez geydirirlər.

Belarusda təqaüdçü Vyaçeslav İvanoviç şəxsi mülkündə imkansız ailələrin övladları üçün yeni akvapark inşa edib. Uşaqların burda dincəlmələri pulsuzdur. Burda nələr yoxdur: – hovuzdan, futbol, voleybol meydançalarından tutmuş cürbəcür yellənçəklərə qədər hər şey. Bütün bunlar təqaüdçünün zəhmətinin bəhrəsidir.

Banqladeşdə cəsur oğlan öz həyatına risk edərək maral balasını xilas etməsi hamı tərəfindən alqışlanıb.

Tayvandan fotokameralara düşmüş gözəl epizod – Jaklin Kiplimo marafonda əlil idmançıya finişə çatmağa kömək edir.

Kanadada metronun turniketi xarab olub. Nəticədə bu hal ortaya çıxıb – bütün sərnişinlər gediş haqlarını bu cür ödəyib metrodan istifadə ediblər.

İsrail futbolçuları ukraynalı uşaqları yağışdan qoruyurlar. Matçdan az əvvəl başlamış yağış az sonra öz yerini güclü küləyə verdi. Komandalar belə bir vaxtda meydana çıxdılar. Özü də ənənələrə uyğun olaraq uşaqlarla.

Çində kasıb ailədə doğulmuş gənc Quo Şidjin hər zaman universitetdə oxumaq arzusu ilə yaşayıb. Lakin ürək xəstəliyindən əziyyət çəkən anasına qulluq etmək məcburiyyəti onu bir sıra çətinliklərlə üzləşdirib. O, təhsilini başa vurduqdan sonra atası yıxılıb xəsarət alıb. Bundan sonra Quo ona da qayğı göstərməyə başlayıb. Növbəti dəfə ata və iş arasında seçim məcburiyyəti ilə üzləşmiş gənc birincini seçib.