yeni il

Dünyadakı maraqlı Yeni İl adətləri…

Baxış sayı: 1. 383

Dünyanın dörd bir tərəfində insanlar Yeni İli qeyd etməyə hazırlaşır. Təbii ki, hər bir ölkədə bu bayramla bağlı maraqlı adətlər, inamlar var. Onlardan bəzilərini təqdim edirik.

 

Başlayaq İtaliyadan… Adətə görə Yeni İl gecəsi bu ölkədə hər kəs köhnə, lazımsız əşyalardan qurtulmaq üçün onları küçəyə atır. Bu səbəbdən bayram gecəsi küçələrdə çoxlu köhnə mebellət, geyim, bəzək əşyalarına rast gəlmək olur. İtaliyalılar inanır ki, küçədə nə qədər köhnə əşya qalsa, gələn yeni ildə bir o qədər uğurla qarşılaşacaqlar.

İspaniyada isə oğlanlar və qızlar hər iki cinsdən olan insanların adlarının olduğu kağız parçalarından püşk atırlar. İspaniyalıların inanclarına görə bu halda gənclər gələcək həyat yoldaşlarının adına rast gəlir.

İngiltərədə  “Yeni İlin buraxılması” adəti var. Bayram axşamı  saat 12-ni göstərdikdə insanlar əvvəlcə evin arxa qapısını açaraq “köhnə ili azad edir”, daha sonra ön qapını açaraq “yeni ili içəriyə buraxırlar”.

Argentinada bayram günü mənzildə olan bütün lazımsız kağızlar, qəzet-jurnallar, ötən ilin təqvimləri, qurumların lazımsız sənədləri və kitablar pəncərədən çölə atılır. İnanxa görə yerli sakinlər bu adətlə həm də stress atmağın yolunu görürlər.

Maraqlıdır ki, İsveçdə Yeni il gecəsi qonşularının qapısı ağzında qab-qacaq sındırmalqa məşğul olur.

Almaniyada isə bayram gecəsi bütün nişanlı oğlanlar sevdikləri qızın evinin altına gələrək gələcək həyat yoldaşı ilə göyə atəş açır. Hesab olunur ki, onlar göyə nə qədər çox atəş açarlarsa, gələcək ailələri bir o qədər möhkəm olacaq. Bundan başqa, stulların üstünə çıxan sıravi almanlar növbəti ilə keçən anda özlərini yer atırlar. Yeni ilin çoxlu sərvət gətirməsi üçün isə hər kəs əlinə pul sikkəsi götürür.

Dünyanın lider ölkəsi Amerikada isə  ölkəsində də Yeni il axşamı hər kəs bəzədilmiş yolka ağacının altında bir-birinə hədiyyə verir..

Yeni İli maraqlı adətlə keçirən ölkələrdən biri Ekvadordur.  Belə ki, burada yerli sakinlər bir neçə metr hündürlüyündə kuklalar hazırlayırlar və həmin kuklanı yaşadıqları məhlədə, yaxud meydançalarda yandırırlar. Simvolik inanca görə görə bununla ekvadorlular növbəti ilə yeni insan kimi daxil olur.

İrlandiyada isə Yeni İl axşamı sadə vətəndaşlar evlərinin qapılarını açıq saxlayır. Belə anlarda istənilən şəxs evə daxil ola bilər. Bu zaman ev sahibi onu süfrəsinin başına keçirdərək xalis irland viskisinə qonaq edəcək. Yeni ilə az qalmış isə bütün irlandlar şəhərin baş meydanına toplaşaraq içki içir, rəqs edir və əylənirlər.

Yaponiyada Yeni il simvolu Kadomaçu ağacı hesab olunur. Küknar və bambuk ağacının calağından bitən bu ağac Yeni ili salamlayan simvol kimi görülür. Yaponiyada təzə il daxil olan zaman məbədlərdə 108 dəfə zəng çalınır. Yaponlar inanır ki, həmin zəng zərbələrinin hər biri insandakı mənfi cəhəti öldürür. Evlərinə xoşbəxtlik gəlməsi üçün onlar mənzillərinin qapısına bambuk, küknar və şam ağacının budaqlarını bağlayırlar. Yeni İldə ən çox verilən hədiyyələr avar olur. Onlar inanırlar ki, avar çəkməklə evlərə xoşbəxtlik daxil olacaq. Digər bir adət isə bununla bağlıdır ki, hansı ixtisasa sahib olmaq istəyirlərsə, onun şəklini çəkib öz balınclarının altına qoymalıdırl. Yeni İldə həmin istəklər reallığa çevriləcək.

Kubada bayran günü hər kəs evdəki qab-qacağı, stəkanları su  ilə doldurur. Əqrəblər 12-ni göstərdikdə isə bütün su dolu qablar evlərin pəncərəsindən çölə axıdılır. Hesab olunur ki, bununla yeni il su kimi axar və açıq il olur. Paralel olaraq, kubalılar bayram gecəsi ilin aylarını simvolizə edən 12 üzüm dənəsi yeməlidir. Bu onlara uğur gətirməlidir. Gecənin sonunda isə ada sakinləri əllərində fişəng və məşəl küçələrdə rəqs edirlər.

Monqolustanda Yeni il maldarlıq bayramı ilə üst-üstə düşdüyündən atçılıq yarışları keçirilir. Avropa xalqlarında olduğu kimi, Monqolustanda da insanlar küknar ağacının başına toplaşır və Uvlin Uvqun (Şaxta baba) ilə qarşılaşırlar. Uvlin Uvqun tülkü dərisindən papaq və kürkdə olur.

Lakin bəzi ölkələr var ki, orada Yeni İl 31 dekabrda deyil, müxtəlif ay və günlərdə keçirilir. Bunun da öz anlamı olur. Məsələn, Efiopiyada Yeni il sentybarın ortalarına təsadüf edir. Yerli sakinlər odun və kolları bir yerə toplayaraq tonqal qalayırlar. Sonra isə tonqalın ətrafında rəqs edərək,  mahnı oxumaqla Yeni ilə çağırış edirlər.

Avstraliya Yeni İl yay fəslinə təsadüf edir. Bu səbəbdən Avstraliyada bayramı çimərliklərdə, açıq havada qeyd edir. Santa Klaus isə Avropada olduğu kimi ağ saqqala və qırmızı papağa malik olsa da, xarici görkəmi tam fərqlidir.

İranda isə Yeni İl martın 21-də qeyd olunur.

Hindistanın cənubunda Yeni il 31 dekabrda keçirilsə də, qərbdə bu bayram oktyabrın sonunda qeyd edilir.

Çində Yeni İl 17 yanvar – 19 fevral tarixlərində qeyd edilir. Küçələrdə asılmış xeyli sayda fənər bayram yürüşlərini işıqlandırır. Hesab edilir ki, bu şəkildə Yeni İlə gedən yol “işıqlanır”.

Xalidə
M




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir