Dunya

Dünyanı gözləyən növbəti TƏHLÜKƏ – ÜST açıqladı

Baxış sayı: 752

Koronavirusun dünyada əhali arasında yayılması hələ də davam edir və çox aktivdir. Bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adanom Qebreyesus brifinqdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, yaxın aylarda COVID-19 ilə bağlı vəziyyət kifayət qədər gərgin olacaq.

“İndi biz pandemiyasının kritik bir yol ayrıcındayıq. Önümüzdəki bir neçə ay çox çətin olacaq, bəzi ölkələr xüsusilə təhlükəli yoldadır”, – Qebreyesus qeyd edib.

Xatırladaq ki, dünyada 4 milyondan çox insan koronavirusa yoluxub, 1151186 nəfər virusun qurbanı olub. Planetdə yalnız son 24 saat ərzində həkimlər rekord sayda- 445.419 yeni koronavirus infeksiyası qeydə alınıb. (“Publika.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir