mezar

Dünyanı heyrətləndirən dahi insanların faciəvi sonluqları

Baxış sayı: 165

Gi de Mopassan

Məşhur yazıçı Gi de Mopassan bütün həyatı boyu hipoxondriyadan əziyyət çəkib: o ağlını itirməkdən çox qorxurdu. 1884-cü ildən Mopassanda kəskin əsəb tutmaları və hallüsinasiyalar başlayıb. Əsəb tutması vəziyyətində o, iki dəfə intihara cəhd edib, birincı dəfə tapança ilə, ikinci dəfə – kağız üçün bıçaqla. Hər iki cəhdi uğursuz olub. 1891-ci ildə yazıçı doktor Blanşın klinikasına yerləşdirilir – və ölümünə qədər orada yarıhuşsuz vəziyyətdə yaşayır.

 

Virciniya Vulf

Məşhur İngiltərə yazıçısı Virciniya Vulf uzun illər boyu hallüsinasiyalardan və qarabasmalardan əziyyət çəkirdi.

Virciniyanın 13 yaşı tamam olduqda, evdə qonaq olan əmisi oğlu onu zorlamağa cəhd edir. Bu hadisə Virciniyanın bütün həyatı boyunca kişilərə və onlarla fiziki münasibətlərə antipatiyasının başlanğıcını qoyur. Bu hadisədən bir az sonra onun anası sətəlcəmdən qəflətən dünyasını dəyişir.

Əsəbi və həssas qızcığaz ümidsizlikdən özünə qəsd etməyə çalışır. Onu xilas edirlər, amma dərin və sürəkli depressiyalar o vaxtdan onun həyatının ayrılmaz hissəsinə cevrilir. Güclü psixi nasazlıq gənc Virciniyanı 1904-cü ildə, atasının ölümündən sonra da yaxalayır.

Uşaqlıqda yaşanmış faciənin nəticəsi olaraq o, kişilərə və onların məclislərinə qarşı hiss etdiyi qorxudan həmişə qadınlara aşiq olurdu, amma bu halda da hər hansı formada yaxınlıqdan diksinirdi, hətta qucaqlaşma və əl sıxmağa belə icazə vermirdi.

1941-ci ilin əvvəlində Londonun gecə bombardmanı zamanı yazıçının evi dağılır və bütün bunlar onun əsəb sisteminə qəti şəkildə mənfi təsir edir, həkimlər yazıçının psixiatrik klinikada müalicəsinə təkid edirdilər.

Ərinin həyatının qalan hissəsini onun dəliliyi ilə bağlı qayğılarla keçirməsini istəməyən Vircinya 28 mart 1941-ci il tarixdə Ous çayında intihar edir.

 

Sergey Yesenin

Məşhur rus şairi Sergey Yesenin spirtli içkinin həddən artıq istifadəsinin səbəb olduğu, tez-tez təkrarlanan əsəb tutmalarına görə bir neçə dəfə Fransada və Rusiyada psixonevroloji klinikalarda müalicə alıb. Təəssüf ki, müalicə pasiyentə yaxşı təsir göstərmədi. Professor Qannuşkinin klinikasından çıxandan bir ay sonra Sergey Yesenin Leninqraddakı “Angleter” mehmanxanasında, istilik sisteminin borusundan özünü asaraq intihar edir.

 

Edqar Allan Po

Məşhur amerikalı yazıçı Edqar Allan Po bütün omrü boyu bir çox xəstəliklərdən əziyyət çəkirdi. Tez-tez depressiyalara düşən yazıçını, həmçinin hallüsinasiyalar və qaranlıq qorxusu tərk etmirdi. Ruhi nasazlıqlarının çox olmasına baxmayaraq, həkimlər tərəfindən Allanın dəqiq diaqnozu təyin edilməmişdir.

Artıq 1830-cu illərin sonundan Edqar Po kəskin depressiyalardan əziyyət çəkirdi. Bundan başqa, o alkoqoldan çox istifadə edirdi. Bu da onun psixikasına pis təsir göstərirdi. İçkinin təsiri altında yazıçı bəzən şiddətli dəlilik vəziyyətinə düşürdü. Tezliklə alkoqola tiryək də əlavə olundu.

Gənc xanımının ağır xəstəliyi Ponun ruhi vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirdi. Po 13 yaşlı əmisı qızı Virciniya ilə evlənmişdi. Nikahdan 7 il sonra Virciniya vərəmə tutulur, daha 5 il sonra isə dünyasını dəyişir. Virciniyanın ölümündən sonra Edgar Po bir neçə dəfə aşiq olur və iki dəfə evlənməyə cəhd edir.

Birinci cəhdi Ponun növbəti tutmalarından qorxuya düşən sevgilisinin imtinasına görə pozulur, ikinci dəfə isə toya az qalmış içib və özünü itirən bəyin toya gəlmədiyinə görə baş tutmur. Yazıçını klinikaya yerləşdirirlər və burada o, qorxunc hallüsinasiyalardan əziyyət çəkərək artıq beş gün sonra dünyasını dəyişir.

Ponun həyatda olan ən böyük qorxusu tənhalıqda ölmək idi və o, çox insanlardan son saatlarında onun yanında olacaqlarına dair vədlər alsa da, 7 oktyabr 1849-cu il gecə saat üçdə yanında heç bir yaxını olmadan vəfat edir.

 

Fridrix Nitsşe

“Faşizm ideoloqiyası”nın yaradıcısı, alman filosofu Fridrix Nitsşe şizofreniyadan əziyyət çəkirdi.

Güclü baş ağrıları və qeyri-adekvat davranışlarına görə bir neçə dəfə xəstəxanaya yerləşdirilmişdi. Nitsşenin tibbi kartında deyilirdi ki, xəstə çəkməsi ilə öz sidiyini içir, anlaşılmaz səslər çıxarır, xəstəxana gözətçisini Bismarka oxşadırdı. O, qapının arxasında sındırılmış stəkanın qırıqları ilə barrikada qurmağa çalışır, döşəmədə yatır, keçi kimi tullanır, ağız-burnunu əyir və sol çiynini qabağa verirdi. Meqalomaniya (böyüklük iddiası) Nitsşeni rahat buraxmırdı. Onun sözlərinə görə, dünyanın bir nömrəli insanı özü idi, evinin divarlarından asılan şəkillərin çıxarılmasını tələb edirdi və evini bir “məbədə” çevirmişdi.

Nitsşe bir neçə dəfə iflic tutması keçirərək, həyatının son 20 ilini psixi pozğunluqdan əziyyət çəkir və məhz bu dövrdə onun ən əhəmiyyətli əsərləri yaranır. Məsələn, “Zərdüşt belə deyirdi”. Ömrünün 11 ilini məşhur filosof psixiatrik klinikada keçirir. Həyatının sonuna yaxın filosof yalnız sadə cümlələr qura bilirdi.

 

Frans Kafka

Dahi çex yazıçısı Frans Kafka kəskin nevrozdan və onu ömrü boyu tərk etməyən depressiyadan əziyyət çəkirdi. Tez-tez yuxuları pozulan, gündən-günə fobiyaları çoxalan yazıçının apatiya tutmaları baş verirdi. Kafkanın dərin psixoloji problemlərinin kökləri öz başlanğıcını atası ilə olan münaqişələrindən, ailədaxili çətin münasibətlərdən və mürəkkəb, dolaşıq sevgi hekayələrindən götürür. Yazıçılığa olan həvəs ailə tərəfindən bəyənilmirdi və o, bununla gizlicə məşğul olmalı olurdu. Frans Kafka sanki ikili həyat yaşayırdı və bu daxili mübarizə onun məşhur “Gündəliklər”ində əks olunmuşdu. Onun bütün daxili varlığı qəribə qeyri-sabitlik içində idi və başında qurduğu bir dünyada yaşayan yazıcı hərbi xidmətdən döndüyü zaman intihar etməyi qərara alır. Lakin dostu Maks Brods onu xilas edir. Dostunun sözlərinə görə, Kafkanın psixi vəziyyəti daim dəyişirdi. Yazıçının uzun sürən dərin sakitliyi qəflətən dəyişərək əzablara dönürdü. Üç ay ərzində can verən yazıçı 41 yaşında vərəmdən ölür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir