Richard Feynman

Dünyanı kökündən dəyişdirən dahilərin həyatı haqqında 10 sənədli film

Baxış sayı: 857

Bu 10 sənədli film vasitəsilə onları həm daha yaxından tanıya, həm də daha çox şey öyrənə bilərik. Dahilərin həyatını öyrənmək üçün bir neçə səbəbimiz var. Onların hamısını saymaqla bitməz. Lakin ən əsas olanları özümüz üçün çıxaracağımız dərslər və əlbəttə pərəstiş etdiyimiz dahini daha yaxından tanımaqdır. Bu sənədli filmlər də bizə ən bu yolda ən yaxşı yoldaşdırlar. Vaxt itirmədən filmlərdən birini seçin və sevimli dahinizlə daha yaxından tanış olun.

 

1) Isaac Newton: The Last Magician

Fizik, riyaziyyatçı, astronom, filosof…. – onun peşəkar olduğu sahələri saymaqla bitirmək mümkün deyil. Bəs imkanların o qədər məhdud olduğu dövrdə bu cür dahi olmağın yolu nələrdən keçirdi? Bu suala baxmaq üçün yuxarıdakı linkə keçin və Nyutonla daha yaxından tanış olun.

 

2) Nikola Tesla: The Greatest Mind of All Time – 3) The Unlimited Energy of Nicola Tesla – 4) The Missing Secrets Of Nikola Tesla

Dünyanı dəyişən insanın məhz o olduğunu desək, yəqin ki, bizimlə çox insan razılaşar. Onlarla ixtirası, qabaqcıl ideyaları ilə dahilərin dahisi Nikola Tesla haqqında 3 film. Onu daha yaxından tanıyacaq və tam fərqli tərəflərdən yenidən kəşf edəcəksiniz.

 

5) Richard Feynman: No Ordinary Genius

Kvant elektrodinamikasının banisi, görkəmli fizik Feynman qeyri-adi dahilərin siyahısına öz adını qızıl hərflərlə yazdıranlardandır. Onu daha yaxından tanıyın və iş metodları ilə tanış olun.

 

6) How Albert Einstein’s Brain Worked – 7) The Extraordinary Genius of Albert Einstein. – 8) The Biography of Albert Einstein.

Onun dühasını kəşf etmək üçün 3 sənədli film də az ola bilər. Biqorafiyası, işləri, beyninin işləmə mexanizmi – həyatının hər hissəsi ayrı-ayrılıqda bir maraq sahəsi ola biləcək dahi Albert Einstein yuxarıdakı sənədli filmlər sayəsində sizə daha yaxın olacaq.

 

9) Da Vinci: Unlocking The Genius. – 10. Leonardo Da Vinci: The Man Who Wanted to Know Everything

Onu dünyanın ən sirli dahisi adlandırmaq olar. Dövrünü olduqca qabaqlayan qeyri-adi beyni ilə möcüzələr yaratmış, çəkdiyi çertyojlarla müasir insanı da təəccübləndirməyə nail olmuşdur. Da Vinci haqqında çəkilən bu 2 sənədli film onun sirlərini açmaqda sizə kömək edəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir