dunya

Dünyanı pulsuz gəzməyin 10 üsulu

Baxış sayı: 1. 545

Dünyanı səyahətə çıxmaq bir çoxlarının arzusudur. Lakin, çox vaxt bu arzular büdcənin kiçik olması ucbatından elə arzu olaraq da qalır. İnternetdəki resurlar dünyanın bir çox yerində demək olar ki, pulsuz gəzməyə imkan verir.

Bu resurslardan çox adamın xəbəri olmasa da, bu yazını oxumaqla onlar gəzinti xərclərini minimuma endirə bilərlər.

 

Couchsurfing

İnternetdə bütün dünyadan pulsuz evdə yaşamaq təklifləri olan resurs vardır. Bu resursda yeni münasibətləri, dostları sevən insanlar öz evlərində pulsuz olaraq qalmağı təklif edirlər. Onlar hətta sizə pulsuz ekskursiya keçirməyi də qəbul edə bilərlər. Tək lazım olan şəhəri seçib onlarla əlaqə saxlamaqdır.

 

Help Exchange

Bu resursun köməyilə özünüzü müxtəlif ölkələrdə pulsuz yemək və yataqla təmin edə bilərsiniz – əvəzində isə günlük olaraq bir neçə saat yüngül işlərdə işləməniz tələb olunacaq.

 

Find a Crew, Vagabond Sailing

Dəniz səyahətlərini sevənlərçün, bu resurs əsl tapıntıdır. Əsas odur ki, gəmi heyətinə təklif edə biləcəyiniz bir qabiliyyətiniz olsun. Amma, hətta gəmi ilə bağlı heç bir qabiliyyətiniz yoxdursa belə, başınız işəkdirsə gəmidə sizə həmişə iş tapılar.

 

Turtle Teams

Əgər siz pulsuz olaraq ekzotik adalara səyahət etmək istəyirsinizsə, o zaman tısbağalara yardım edən təşkilatlara qoşula bilərsiniz. Sizə həmişə belə yerlərdə iş tapılar. Hətta ən primitiv: “heyvanların hərəkətlərini müşahidə” edən işi belə var.

 

Trip Leader for HF Holidays

Əgər səyahət etməyi xoşlayırsınızsa, lakin uzun səyahətlərə vaxtınız yoxdursa bu resurs sizin üçündür. Amma nəzərə almalısınız ki, piyada yürüşləri maraqlı olsa da, çox ağır gəzintilərdir və xüsusi turist ləvazimatı- ən azından çarpayısı tələb edir.

 

Youth in Action

30 yaşdan aşağı, lakin öyrənməyi xoşlayan insanlar avropanın qeyri-kommersiya təşkilatlarına treninq və dərslərin təşkil edilən qrant proqramlarına qoşula bilərlər. Lazım olan tək şey seçdiyiniz treninq üzrə müraciət etməkdir. Siz bundan sonra pulsuz yaşayış yeri və yeməklə təmin olunacaqsınız. Hətta uçuş biletlərinin 70% dəyəri də qarşılanacaq. Təbii ki, treninqin özü də pulsuzdur.

 

United Nations Volunteers

BMT-nin könüllüsü olmaqla siz təkcə bütün dünyanı gəzmək deyil, həm də insanlığa kömək etmək şansı qazanacaqsınız.

 

Conservation Volunteers

Bu təşkilat həmçinin dünyanı gəzib insalara kömək etməyə imkan verir.

 

SE7EN

Bu resurs həmçinin bütün dünyadan könüllülük təklifləri yerləşdirir. Bu isə o deməkdir ki, gedə biləcəyiniz ölkələrin sayı qeyri-məhduddur.

 

WWOOF

Təbii qidaları və sağlam həyat tərzini sevən insanlar bu təşkilata tamamilə uyğun olar. Lakin, yaşayış yeri və yemək üçün gündə 6 saat fermada işləməli olacaqsınız. Qalan vaxtda isə istədiyinizi edə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir