kitab

Dünyanı təsiri altına salmağı bacarmış 5 populyar elm kitabı

Baxış sayı: 1. 578

Sizə bu ilk beşlikdə bütün dünyada böyük maraqla oxunan populyar elmin 5 məşhur kitabını təqdim edirik. İngiltərədə aparılan araşdırma nəticəsində bu siyahıya aşağıdakı kitablar daxil olub.

1. Silent Spring – Rachel Carson, 1962-ci il (Sakit Bahar)

Biologiya alimi Rachel Carson tərəfindən yazılan bu kitabın nəşrindən 50 il keçməsinə baxmayaraq, bir çox elmi jurnalların apardığı sorğularda populyarlığına görə ilk sıralarda yer alır. Müasir dövrün ətraf mühitin qorunması hərəkatının başlanğıcı olaraq da məhz bu kitab görülür. Rachel Carson kitabının dünya üçün nə qədər əhəmiyyətli olduğunu tam görməsə də, ( nəşrdən 2 il sonra vəfat edir) onun bizim üçün qoyub getdiyi bu kitab olduqca əhəmiyyətlidir.

2. A Brief History of Time – Stephen Hawking, 1988 (Zamanın qısa tarixi)

Stefen Houkingin dünyanın ən məşhur alimi olduğunu bütün əminliyimizlə iddia edə bilərik. Onun məşhurluğunun ən əsas səbəblərindən biri olan “Zamanın Qısa Tarixi” adlı kitab bu günə qədər 40-dan artıq dilə tərcümə edilib və 9 milyon nüsxə satılıb. Özünəməxsus dillə yazdığı bu kitabında alim bizə ən son tədqiqatlarından tutmuş, artıq əminliklə iddia etdiyi nəzəriyyələrini qızıl xırdalayan kimi izah edir.

3. An Essay on the Principle of Population – Robert Malthus, 1798-ci il

Malthus tərəfindən yazılan bu kitab bitib-tükənməyən mübahisələrə yol açmış, üzərində minlərlə tədqiqatlar aparılmışdır. Əhalinin sayının artmasının 21-ci əsrin ən ciddi problemi olduğu bu dövrdə, Malthus tərəfindən yazılan fikirlərin təsiri xüsusili böyük gücə sahib olmağa başlayıb.

4. Black Holes and Time Warps – Kip Thorne, 1994-cü il

Kitab halına gəlməmişdən əvvəl, öz mülahizələrini dostu Karl Saqana detallı şəkildə izah edən 50 səhifəlik məktub halında idi. Daha sonra ciddiyyəti və dəyəri nəzərə alınaraq kitab halında çapdan çıxarıldı. Nəticədə bu kitab dünyada ən çox satılan populyar elm kitabları arasına daxil oldu.

5. Brighter Than a Thousand Suns: A personal history of the atomic scientists – Robert Jungk, 1956-cı il

Tarixçi və jurnalist Robert Jungk atom bombasının hazırlanması ilə bağlı sənədli film üçün apardığı araşdırmaların çox maraqlı və məlumatlandırıcı bir kitab yazmaq üçün kifayət edəcəyini düşünür. Kitab nüvə silahına qarşı başlanmış hərəkata dünya səviyyəsində təkan vermiş oldu.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir